189 01-01-2018

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Noyabrın 2-də Bakı Dövlət Universitetində tanınmış ictimai xadim, elm və təhsil təşkilatçısı, Diferensial və inteqral tənliklər kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Qoşqar Əhmədovun universitet tarixində xüsusi rol oynamış görkəmli ziyalılardan, Azərbaycan riyaziyyat elmində məktəb yaradan, özündən sonra dərin iz qoyan nadir şəxsiyyətlərdən biri olmasından bəhs edib. “Görkəmli alim Qoşqar Əhəmədovun elmi-pedaqoji fəaliyyəti haqqında” məruzə ilə Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov,
“Qoşqar Əhmədov böyük alim və müəllim kimi”  mövzusunda isə  Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış edib. Daha sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Nicad Əliyev, BDU-nun kafedra müdirləri, akademik Yusif Məmmədov və akademik Vasif Babazadə, ailə adından isə Qoşqar Əhmədovun bacısı Gülarə Əhmədova çıxış ediblər. 
Elmi konfrans işini 8 bölmədə davam etdirib. Respublika ali təhsil müəssisələrindən, AMEA-nın institutlarından, o cümlədən Türkiyə, İran, Qırğızıstan, Özbəkistan Respublikalarından daxil olmuş 180 məruzə dinlənilib.

 

Digər yazılar

“Ailəmi ən böyük sərvətim hesab edirəm”

Ömür kitabının 80-ci səhifəsi

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Akademikin 75 illik yubileyi qeyd edilib