5227 09-04-2019

BDU-da nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində beynəlxalq seminar öz işinə başlayıb

Bakı Dövlət Universitetində “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Bakı Dövlət Univesitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Dünya şöhrətli alim, ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyevin sədrliyi ilə keçirilən seminarı AMEA Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açaraq onun Fizika elminə verəcəyi töhfəsi barədə danışıb və ölkələr arasında elmi sahədə əlaqələrin inkişaf etdirilməsində geniş rola malik olduğunu bildirib.

BDU-nun rektoru Elçin Babayev Azərbaycan, Almaniya, Rusiya Federasiyası, Çex Res­pub­likası, Polşanın nüfuzlu alimlərinin, tanınmış mütəxəs­sis­ləri­nin iş­tirakı ilə keçirilən, nüvə və elementar zərrəciklər fizikası ilə bağlı aparıcı mütəxəssisləri bir araya gətirən seminarın əhəmiyyətini qeyd edərək onun işinə uğurlar arzulayıb, BDU-nun əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

Sonra akademik Roald Saqdeev, Antiproton və ion tədqiqatı mərkəzinin (FAIR) elmi direktoru və İdarə Heyətinin sədri Paolo Gubellino (Almaniya), Praqadakı Çex Texniki Universitetinin nəzdindəki Eksperimental və tətbiqi fizika İnstitutunun direktoru İvan Stekl mövzu ətrafında çıxış ediblər.

Tədbirdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Mixail İtkis, həmin institutun nəzdindəki Yüksək enerji fizikası laboratoriyasının direktor müavini Aleksandr Vodopiyanov, Eksperimental və tətbiqi fizika İnstitutunun direktoru İvan Steklin mövzu ilə bağlı məruzələri dinlənilib.

Sonra Bakı Dövlət Universiteti ilə Çex Texniki Universitetinin nəzdindəki Eksperimental və tətbiqi fizika İnstitutu arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.

Tədbir ADA Universitetində “Nüvə və Yüksək enerji fizikası 21-ci əsrdə hara gedir?” mövzusunda dəyirmi masa ilə davam etdiriləcək.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər