3910 11-04-2019

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Həyatda tərifini dəqiqliklə verə bilmədiyimiz, açıqlamaqda çətinlik çəkdiyimiz - eşq, ürək yanğısı, xoşbəxtlik kimi dəyərlər var. Nədir xoşbəxtlik? Kimlər “xoşbəxt” adlanır və ya insanları xoşbəxt edən nədir? Bu suallara istər psixoloqlar, alimlər, istərsə də sadə vətəndaşlar çox fərqli cavablar verə bilərlər. Bəlkə, bu bioloji bir hərəkətlənmədir, hansı ki, dopamin, endorfin və buna bənzər digər hormonlarımız işə düşür və biz özümüzü xoşbəxt hiss edirik. 
Xoşbəxtlik bizə görmə, toxunma, yoxsa eşitmə yoluyla daha çox təsir edir? Bunların hamısı açıqlamaqda çətinlik çəkdiyimiz suallardır. Bəlkə də, çətinlik demək düzgün olmaz, çünki xoşbəxtlik hər kəs üçün özəl olan bir məfhumdur. Kimi xoşbəxtliyi pulda, kimi ailəsində, kimi də karyerasında tapa bilər. 25 nəfər yeniyetmə arasında aparılan sorğuya əsasən, onların böyük bir qismi - təqribən 60 faizi xoşbəxtliyi karyerada, 20 faizi təhsildə görür. Respondentlərin 10 faizi şan-şöhrət, ad-sanın onları xoşbəxt edəcəyini vurğulayır, digər 10 faiz isə hesab edir ki, xoşbəxtlik komfortlu həyat şəraiti, şəxsi inkişafdır. Belə bir fikir var ki, xoşbəxt insan anlayışı yoxdur, sadəcə, xoşbəxt anlar var. Bu isə bəzən 5 saniyə, bəzən 5 saat, bəzən isə 5 ay çəkir. Yəni, anı yaşamağı bacaran insanlar bu tendensiya ilə özlərini xeyli xoşbəxt edə bilirlər. Belə ki, əgər siz sabahını, gələcəyini lazımından daha çox düşünən birisinizsə, bu gün və sabah dilemması arasında qalacaqsınız və xoşbəxt anlarınızın həzzini yaşaya bilməyəcəksiniz. 
Harvard Universitetinin professorlarının 75 illik araşdırmalarına əsasən, xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib. Belə ki, qurduğumuz ikili və ya daha geniş münasibətlər nə qədər sağlam və düzgün olarsa, xoşbəxt olma ehtimalımız da bir o qədər çoxdur. Partnyorunuzla, dostlarınızla münaqişəli, daim söz-söhbət yaşadığınız münasibətiniz olduğunu düşünün. Həyatda ağ və qara kimi, xoşbəxtliklə yanaşı bədbəxtlik də var. Bəlkə də, özümüzü daha az bədbəxt hiss etdiyimiz zamanların adına xoşbəxtlik deyirik. Sonda, özünü xoşbəxt hiss etməyən insanlara təsəlli olsun deyə dahi yazıçı F.M.Dostoyevskinin ən məşhur sitatlarından birini xatırlatmaq istəyirəm - "Həyatda hər zaman xoşbəxt olsaq, xəyalını quracaq nəyimiz qalar ki?"

 

Nərmin Məmmədova,

Jurnalistika fakültəsi,

III kurs tələbəsi
 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb