195 01-01-2018

Fizika elmləri doktoru Talətdin Bağırov vəfat edib

BDU-nun Maddə quruluşu kafedrasının əməkdaşı, fizika elmləri doktoru, professor Taləddin Bağırovnoyabrın 20- dünyasını dəyişib. O, 1960- il mayın 20- Siyəzən rayonunun Dağquşçu kəndində anadan olub. 1982-ci ildə universitetin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985-1988-ci illərdə aspirant olub. 2011-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2013-ci ildə Maddə quruluşu kafedrasının  professoru vəzifəsinə seçilib. «Bakı universiteti» qəzeti sosial şəbəkələrdə alimin vaxtsız ölüm xəbərinə verilən ilk reaksiyaları təqdim edir:

 

Fikrət Şiriyev (BDU HİK sədri): - Gələn müxənnətdir, gedən xocadır.

Məhəmmədəli Ramazanov(Fizika fakültəsinin dekanı, professor): - Dəyərli bir insanı, gözəl alimi, qayğıkeş dostu itirdik.

 

Şəkər Məmmədova (Coğrafiya fakültəsinin dekanı): - Çox üzüldüm. Gözəl insan idi. Müsbət aurası ilə həmişə insanlara təsəlli verirdi. Həyat yoldaşı Sənubər xanıma, övladlarına, yaxınlarına Allahdan səbr diləyirəm. Allah məkanın cənnət eləsin!

Mehriban Yadulla (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti): - Çox təəssüf! Gözəl insan idi. Allah rəhmət eləsin! Görəsən nədən rəhmətə gedib.

Zəhra Qasımova (BDU-nun “Gənc İstedadlar” liseyinin müəlliməsi): - Bu gün Qasım müəllim dedi, çox təəccübləndim. Mən onun ailəsini tanıyıram. Gözəl insan idi. Allah rəhmət eləsin.

İbrahim Məmmədov (Kimya fakültəsinin professoru): - Allah rəhmət eləsin! Çox pis xəbər oldu.

Nurida Miriyeva (BDU-nun Elmi Kitabxanası, direktor müavini): - Allah rəhmət eləsin! Çox vaxtsız itkidir. Yaxşı insan idi.

Anar Məmmədov (BDU Biologiya fakültəsinin müəllimi): Kişi adam idi. Mərd adam idi. Heyf ondan ki, vaxtsız getdi aramızdan.

Məcid Qocayev (BDU İnformasiya  texnologiyaları mərkəzinin mühəndisi, dosent): - Deyirlər insan dünyasını dəyişəndə bu dünyadan heç nə aparmır. Amma o, özü ilə çox şey apardı… Biz bunu zaman-zaman hiss edəcəyik. Allah rəhmət eləsin.

Şölə Əfəndizadə (BDU, Ümumi şöbənin əməkdaşı): - Allah rəhmət elsəsin! Adamın heç inanmağı gəlmir.

Aygün İsmayılova (Coğrafiya fakültəsinin əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru): Allah rəhmət eləsin! İnsani keyfiyyətləri çox idi, Taləddin müəllimin.

Leyla Ağayeva (doktorant): Çooox təəssüflənirəm. Hələ də inanmağım gəlmir. Allah rəhmət eləsin! Gözəl insan!

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub