2728 15-04-2019

BDU-nun Hüquq fakültəsində professorun 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Firudin Səməndərovun anadan olmasının 80 illik yubileyi qeyd olunub. Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev alimin elmi-pedaqoji fəaliyyətindən danışıb, Cinayət hüququ və kriminologiya elmi sahəsində, hüquqi dövlət quruculuğu prosesində göstərdiyi xidmətlərin əhəmiyyətindən, yüksək ixtisaslı kadr potensialının formalaşmasındakı rolundan bəhs edib.


Professor Əmir Əliyev yubilyara fakültə adından Fəxri Fərman təqdim etdikdən sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov alimin çoxşaxəli fəaliyyətindən bəhs edib.


Sonra yubilyarı Azərbaycan Respublikası Ədliyyə naziri Fikrət Məmmədovun adından Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradov çıxış edərək xatirə medalı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin adından məhkəmənin sektor müdiri İntiqam Eyvazov təbrik edərək Fəxri Fərman təqdim edib, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin təbrik məktubu oxunub.


Daha sonra Kriminalistika və məhkəmə ekspertizasi kafedrasının müdiri Kamil Səlimov, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev, tələbə yoldaşları adından isə İkram Kərimov yubilyarı təbrik edib. 


Qeyd edək ki, 30-dan çox dərsliyin, dərs vəsaiti və monoqrafiyanın müəllifi olan professor Firudin Səməndərovun “Cinayətin subyektiv cəhəti”, “Cinayət hüququ. Cinayət və cəza məsələləri”, “Cinayət hüququ. Ümumi hissə” dərslikləri, “Şəxsiyyət əleyhinə edilən cinayətlər” adlı dərs vəsaiti, “Cinayət hüququnda cəza problemi: tarix və müasirlik” monoqrafiyası (2009), “Kriminologiya” dərs vəsaiti (2012), “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası” şərikli müəllifliklə (2013), “Cinayət hüququ. Ümumi hissə” (2013), Moskvada 2011-2012-ci illərdə rus dilində nəşr edilən əsərləri hüquq elminə dəyərli töhfələrdir. Professorun müxtəlif elmi nəşrlərdə 100-dən artıq elmi məqaləsi, respublika mətbuatında dövrümüzün aktual problemlərinə həsr edilmiş çoxsaylı məqalələri işıq üzü görüb.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub