163 18-04-2019

“Springer Nature" BDU alimləri üçün seminar keçirib

Bakı Dövlət Universitetində “Springer Nature Author Workshop” mövzusunda seminar təşkil olunub. BDU və “Springer Nature” beynəlxalq nəşriyyatının birgə təşkilatçılığı ilə keçirilən müəllif seminarında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, universitetin professor-müəllim heyəti, gənc alimlər, mütəxəssislər, həmçinin doktorant, dissertant və magistrlər iştirak edib.
Rektor Elçin Babayev dünyanın nüfuzlu jurnallarını çap edən, bütün tədqiqatlar icmasına yüksək xidmət göstərən “Springer-Nature” nəşriyyatı haqqında məlumat verib, məqsədinin elmi tədqiqatların inkişafını təmin etmək və tədqiqatçıların nəticələrinin nəşr olunmasına kömək etmək olduğunu söyləyib. 


Azərbaycanda aparılan elmi tədqiqatların beynəlxalq miqyasda əhəmiyyətindən, elmi nəticələrin aparıcı və impakt – faktorlu jurnallarda çapından danışan rektor elmi məqalələrin müasir standartlara uyğun, aydın və dolğun şəkildə yazılmasının xüsusi önəm kəsb etdiyini, “Springer-Nature” nəşriyyatı ilə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb. Universitetin təbiət və humanitar profilli jurnallarının beynəlxalq standartlara və müasir tələblərə cavab verəcək səviyyəyə qaldırılması, “Springer-Nature” şirkəti və digər bu kimi nəşriyyatlarla əməkdaşlıq edilməsi istiqamətində fikirlərini bölüşüb. Eyni zamanda, məqalələrin düzgün tərtibi, rəqabət apara biləcək nəticənin alınması və alimləri aldatmaq məqsədilə yaradılmış “yırtıcı jurnallar”ın ayırd edilməsi, nüfuzlu jurnal seçimi barədə də danışıb. “Springer-Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle təmsil etdiyi qurumun tədqiqatçıların və mütəxəssislərin ehtiyaclarına xidmət edən dünyanın aparıcı akademik nəşriyyatı olduğunu söyləyib. Azərbaycandan “Springer-Nature” nəşriyyatına ən çox məqalənin fizika, kimya və riyaziyyat sahələrindən təqdim edildiyini söyləyən Merve Okur Karagülle çap olunmuş nüfuz sayına görə Təhsil Nazirliyinin, o cümlədən 565 məqalə ilə Bakı Dövlət Universitetinin ən öncül sıralarda olduğunu bildirib. 
“Springer-Nature” şirkətinin regional direktoru Şahin Giray isə birgə əməkdaşlıq, effektiv əlaqələndirmə, elmi məqalənin çap üçün təqdim olunma prosesi haqqında təlim xarakterli seminar keçirib. 
Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb və seminarın davamlı olması qərara alınıb. 
 

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər