350 18-04-2019

BDU-nun Filologiya fakültəsində Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib

 Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Prezident İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib. “Sənətkar və zaman” mövzusunda keçirilən konfransa respublikamızın 8 ali təhsil müəssisəsindən (BDU, AzTU, GDU, AKU, ADİU, ATU, ADMİU, ADDA) ümumilikdə 75 nəfər qatılıb, onlardan 26 magistrant və tələbə məruzələrlə çıxış ediblər. 


Plenar iclası açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə iştirakçıları salamlayaraq konfransın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu il ölkə başçısı İlham Əliyev bir sıra görkəmli ədəbiyyat xadimlərinin – İ.Nəsiminin, C.Cabbarlının, C.Məmmədquluzadənin, İ.Şıxlının, Ə.Ağaoğlunun yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalayıb, ədibin yubileyinin bir çox ali təhsil müəssisələrində təntənə ilə qeyd edilməsi də təqdirəlayiq haldır. 


Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Prezident İlham Əliyevin C.Cabbarlının anadan olmasının 120 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın böyük sənətkarın fəaliyyətinə göstərilən diqqət və qayğının təzahürü olmasından, görkəmli yazıçının həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələrdən, həmçinin ölkəmizdə C.Cabbarlı irsinin öyrənilməsinin mühüm istiqamətlərindən bəhs edib.


Daha sonra BDU-nun professoru Zemfira Şahbazovanın “Varvarizm və vulqarizmlərin C.Cabbarlı pyeslərində işlənmə xüsusiyyətləri”, Sevil Ağabəylinin “C.Cabbarlının əsərlərində məkan anlamlı söz və söz birləşmələrinin tədqiqi” mövzusunda məruzələri dinlənilib. 
Konfrans öz işini “C.Cabbarlı sənətkarlığında müasirlik”, “Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri”, “Azərbaycan dilçiliyinin müasir problemləri” və “Azərbaycan dilinin xarici dillərlə qarşılıqlı əlaqəsi problemi” bölmələrində davam etdirib. 


 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub