144 01-02-2018

İmtahan qabağı stresslə mübarizə - Məsləhət

Bəzi tələbələr imtahan ərəfəsi hədsiz gərginlik yaşayır. Bu vəziyyətdən xilas olmağın yollarını öyrənmək üçün Sosial elmlər və psixologiya fakültsinin dekan müavini, professor Qızılgül Abbasovaya müraciət etdik:

Imtahan ərəfəsi stressə qalib gəlmək üçün dərman preparatlarından istifadə edirlər. İmtahanlarda uğurlu nəticələr əldə etmək üçün  sedativ dərman qəbulundan çəkinmək daha yaxşıdır, çünki onlar beyin fəaliyyətinə mane olur. Çox zaman əks reaksiya verirlər.  Doyunca yatmaq (8-9 saat – qızlar, 7-8 saat oğlanlar), imtahana hazırlıq dövründə fasilələrlə gimnastika hərəkətləri etmək məsləhətdir. Qidaya fikir vermək,  tərəvəz (kələm, yerkökü) və meyvələr (banan, portağal, alma), müxtəlif sıyıqları qəbul etmək lazımdır. Beyin fəaliyyətini aktivləşdirən vitamin və mikroelementlərlə zəngin qidalar çox faydalıdır.

Şokolad əla antidepresantdır. İmtahan qabağı bir neçə şokolad parçası yeyə bilərsiniz - bu, tapşırıq üzərində fikirlərinizi cəmləşdirməyə kömək edər.

Vacib olan  materialı hissələrə bölməklə gündəlik norma kimi öyrənmək,  plan üzrə məşğul olmaqla imtahana hazır olmaqla yanaşı stressə qalib gəlmək olar.

Digər yazılar

Oxuduqlarımızı daha asan yolla necə yadda saxlamaq olar?