132 18-04-2019

“Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı biblioqrafik monoqrafiya işıq üzü görüb 

“Elm” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərtib etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti - 100” fundamental elmi biblioqrafik monoqrafiya işıq üzü görüb. 
Kitabın tərtibçi müəllifləri AMEA–nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva Kəngərli və Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılov, baş elmi məsləhətçi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. 
Cümhuriyyət haqqında olan sənədlərin bibliometrik təhlili nəticəsində ərsəyə gələn bu biblioqrafik monoqrafiya Cümhuriyyətin yaranmasını doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ictimai –siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideyalarını yaşadan milli hərəkat , siyasi mühacirət və s. məsələləri əhatə edən materiallar əks olunub. Fundamental elmi biblioqrafiya tərtib edilərkən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, AMEA Mərkəzi Elmi Kitabxanasının, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının fondlarından, eləcə də Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin resurslarından istifadə olunub. Bundan əlavə, kitabarası və kitabiçərisi mənbələr təhlil olunub, Azərbaycan Xalq Cümhuriyyətinə dair sənədlər müəyyənləşdirilərək biblioqrafik monoqrafiyaya daxil edilib. 
Cümhuriyyət haqqında yazılmış əsərlərin biblioqrafik modelini yaradan bu biblioqrafik monoqrafiya özündə 5358 mənbəni əks etdirir. Bu elmi işçilər, ali məktəb müəllimləri, tədqiqatçılar, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Digər yazılar

Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosentinin yeni kitabı nəşri olunub

BDU-nun müəllimi kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Azərbaycanca-farsca yeni kitab

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib