149 22-04-2019

“Şinelli qalalar”

Dodaqları günəşi tam öpə bilməmiş bir aprel günündə gəldim tanımadığım tanışların yanına... Ögeylik çəkmirdim.Qəribə hissdir.Çox qəribə.Kitablardan, xəritədən, uzun qış gecələrinin nənə-baba dizində dinlədiyin nağılabənzər gerçək hekayələrindəki insanlarla qarşı-qarşıya əyləşib, yan-yana gəzib, həmsöhbət olub 24 saat keçirmək...

Tam mübaliğəsiz, burada elə bir insan tapmaq olmurdu ki, ən gec ikinci cümləsində “sərhəd, torpaq, şəhid, Vətən” sözlərini işlətməsin. Özümü əsl Vətəndaş hiss etdiyim o müdhiş 24 saat, bəlkə də, 34 illik nəfəs aldığım zaman kəsiyində ən dolu gün olmuşdu. Sən demə, əbəs deyilməyib: “Vətən sərhəddən başlayır.” 2-5 aprel döyüşlərinin 3 illik ildönümü zamanı Horadiz, Cocuq Mərcanlı səfərim innən belə yaşayacağım Tanrıpayı həyatıma qızıl yox, şəhid qanı rəngində yazıldı!
Havanın soyuqluğu məni daha bir fakta şahid etdi. Əslində eşitdiklərim,oxuduqlarımdan yola çıxaraq buna şübhəm yox idi. Əvvəllər Azərbaycan insanı kimi özümü heç bu qədər rahat hiss etməmişdim, desəm, mübaliğə etmiş olmaram. Soyuqdan danışırdım axı...
Şinel vardı burda hər kəsin əynində. İlahi,amma hər kəsin əynində şinel vardı- yol bələdçilərimin, ailə başçılarının-hər kəsin adı yazılan bir şineli vardı əynində. Bu qədər taleyinə səngər yazılmış insanın arasında hiss etdiyim əminlik mənə tanış bir təəssüratı xatırlatdı. Hə, hə, Bakıda uşaq vaxtı “Qız qalası”nın bələdçinin göstərdiyi ən qalın divarlarının arasında bir arxayınlıq duymuşdum. Filmlərdən, kitablardan mənə məlum olan savaşdan qorunmaq, sığınmaq hissi bu qala ilə bir qədər məhdudlaşırdı mənimçün. Mən o zamanlar şəhid əmimin qorumuş olduğu qızcığazdım və mənimçün Vətən əmim idi. İndi mən, təbii ki,Vətən anlayışına bütövlükdə sahiblənmiş Azərbaycan insanı kimi yurdumun hər qarışına toxunmağı özümə borc bilirəm. Mövzudan yayınmayım, indi mən bu şinelin içindəki qalalarla əhatə olunmuşdum! Maşını əyləndirəndə artıq Zobcuğa çatmışdıq. Bu ön xəttə yaxın qəsəbə bir zaman yuxumda gördüyüm yer idi.Mən ora haçansa astral səyahət etmişdim və güllə səsinə oyanmışdım yuxudan. Aşkar üçün bu evimiz yol kənarında olduğundan sadəcə maşınların siqnal səsi idi...Sarı çiçəklərin arasında uşaqlığımın yuxusunda qalan o yerdə ayağımı yerə elə əmin basırdım ki...Ətrafımda “şinelli qalalar” vardı...

Yaşadığım ən əmin 24 saat idi...Ən əmin 24 saat... // Horadiz-2019

 

Afət Viləşsoy
 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR