296 22-04-2019

BDU-nun müəllimi kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək

 

Bakı Dövlət Universitetinin müəllimi, Yazıçılar Birliyinin üzvü Afət Viləşsoy bu yaxınlarda çapdan çıxacaq «Mənim adım Vətəndi» kitabının təqdimatını Cocuq Mərcanlı və Füzulidə keçirəcək. Bu barədə “Bakı Universiteti” qəzetinə məlumat verən yazıçı bunu kitabın mövzusu ilə əlaqləndirib: “Düşündüm ki, “Mənim adım Vətəndi” kitabı ilk növbədə Vətənimizin yaralı yeri olan Qarabağda təqdim olunmalıdır. Qoy bu da mənim torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəmanların ruhuna bir töfhəm olsun. Bu, həmçinin düşmənlə üz-üzə dayanmış əsgərlərə və cəbhə bölgəsi sakinlərinə bir təşəkkür, düşmənlərə isə Vətəndən heç vaxt üz döndərməyəcəyimiz barədə  mesajıdır”.
Nəşrdə Afət Viləşsoyun «Ulduz» jurnalı və bir sıra digər nəşrlərdə işıq üzü görmüş vətənpərvərlik ruhlu hekayə və şeirləri toplanılıb. 
Kitabın redaktoru və ön söz müəllifi görkəmli yazıçı İsa Muğannanın qızı, Filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna, texniki redaktoru Elnarə Abbasovadır. 
Qeyd edək ki, Bakı Dövlət Universiteti və “Gənc istedadlar” liseyinin müəllimi olan filologiya üzrə fəlsəfə doktoru Afət Viləşsoy 7 bədii kitab və 10-dan çox elmi əsərin müəllifidir. O, 2011-ci ildə gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb. 


 

Digər yazılar

Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosentinin yeni kitabı nəşri olunub

“Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı biblioqrafik monoqrafiya işıq üzü görüb 

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Azərbaycanca-farsca yeni kitab

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib