53 24-04-2019

BDU-da “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib


Bakı Dövlət Universitetində “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib.

BDU-nun rektoru Elçin Babayev uydurma soyqırımı iddiasının heç bir əsasa malik olmadığını, ermənilərin tarixi hadisələri saxtalaşdıraraq bundan daim Türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə etdiklərini bildirib. Qeyd edib ki, erməni diasporası qondarma erməni soyqırımı məsələsində aldıqları dəstək qarşılığında hər dəfə daha da azğınlaşır və prosesi daha böyük miqyasda həyata keçirməyə çalışırlar. Lakin faktlar və tarixi mənbələr bu iddiaların cəfəngiyyatdan başqa bir şey olmadığını göstərir. Son illərdə Azərbaycan dövlətinin seçdiyi diplomatik hücum taktikasının verdiyi bəhrələrdən, ermənilərin mövqeyinin günü-gündən zəifləməsindən danışan rektor bütün bu uğurların kökündə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin dayandığını qeyd edib. Dövlət başçısının bu siyasətinin, eyni zamanda, sevincli və kədərli günümüzdə bizimlə olan dost və qardaş Türkiyə ilə bağlı olduğunu bildirən rektor dəfələrlə arxivlərin açılması çağırışının edilməsinə baxmayaraq, ermənilərin bu məsələdən yayındıqlarını əslində soyqırımı faktının olmamasına sübut kimi dəyərləndirib.

Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli  “24 aprel - uydurma erməni soyqırımının ifşası” mövzusunda məruzə edib. O, qondarma erməni soyqırımının Osmanlı Türkiyəsində yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddia olduğunu bildirib. Qərb dövlətlərinin Osmanlını aradan qaldırmaq üçün hazırladıqları hərbi-təcavüzkarlıq planlarından danışan Atamoğlan Məmmədli Qafqazda, Eçmiədzin kilsəsinin fəal iştirakı ilə erməni terrorçu ünsürlərinin təlimat və silahlarla təchiz edilərək Şərqi Anadoluya göndərilməsindən, Osmanlı dövlətində müxtəlif millətlərə və dinlərə münasibətdən bəhs edib. Böyük dövlətlər tərəfindən Osmanlının daxili işlərinə qarışmaq planları haqqında məlumat verən Atamoğlan Məmmədli bu istiqamətdə osmanlı vətəndaşları olan ermənilərdən və Rusiyadan gəlmə erməni terrorçularından istifadə olunduğunu vurğulayıb, “Hınçaq” və “Daşnaksütyun” terror təşkilatlarının pozuculuq fəaliyyətləri barədə də danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov isə ermənilərin guya soyqırıma məruz qalmaları barəsində əsassız iddiaları və onların mahiyyəti barədə fikirlərini bölüşüb.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub