39 25-04-2019

Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ilk təqdimatını BDU-da keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan "SƏLİS"-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının ilk təqdimatını Bakı Dövlət Universitetində keçirib. Rektor Elçin Babayev Şuranın yeni innovativ xidmətinin ilk təqdimatının məhz BDU-da keçirilməsini yüksək qiymətləndirib, məmnunluğunu ifadə edib. Rektor Elçin Babayev Şuranın fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, xalqa xidmət etdiklərini bildirib. O, əlavə edib ki, yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir və bu, vətəndaşlara, QHT-lərə 7/24 formatlı yeni xidmət formasdır. Çıxışın sonunda Elçin Babayev tələbələri bu xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.


Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edib. Şura sədri çıxışında Şuranın yaranması zərurəti, Prezident İlhamƏliyevin bu yöndə irəli sürdüyü dövlət siyasətinin əsas prinsipləri, dövlət qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın hər zaman bərqərar olması üçün atılan addımlardan danışıb və Şuranın fəaliyyət göstərdiyi müddət ərzində bu prinsiplərin hər zaman ali tutulduğunu qeyd edib. Azay Quliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Şura yaranana qədər xarici donor təşkilatlar Azərbaycanın milli məsələləri, milli maraqlarına yönəlik addımları, Dağlq Qarabağ, qaçqın və məcburi köçkün probemləri ilə bağlı layihələri maliyyəşdirməyiblər. Bu tendensiyaya yalnız milli donor instititu formalaşandan sonra son qoyulub. Şura sədri QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya müracətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS Xidmət haqda danışıb. Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramını ictimaiyyətə təqdimatına başlanıb. Tədbirin məhz ölkənin bir nömrəli və ən qədim universitetində keçirilməsinin məqsədi olaraq QHT sektorunun uzun müddət xidmətində dayancaq bu xidmətin işində BDU-nun tələbə və müəllimlərinin Vətəndaş olaraq da iştirakına dəvət etməkdir. Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümyiş olunub. Video-çarxın nümayişindən sonra Şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” haqqında çıxışı dinlənilib. Tədbirdə iştirak edən BDU tələbəsi könüllü olaraq e-vətəndaş xidmətindən yararlanıb. Beləliklə e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran tələbənin ilk e-vətəndaş olması tədbir iştirakçılarına əyani nümayiş etdirilib. Tələbələri maraqlandıran suallar cavablandırldıqdan sonra SƏLİS xidməti çərçivəsində daha bir yenilikçi xidmət “İnnobank” təqdim edilib. Şuranın əməkdaşı Toğrul Məmmədlinin təqdimatından sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirə aparılıb.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub