31 30-04-2019

BDU-da görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib


Bakı Dövlət Universitetində görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib. 
Görkəmli alimin ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra BDU-nun rektoru Elçin Babayev tanınmış ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyevanın mənalı həyat yolu haqqında danışıb. Oftalmologiya elminə böyük töhfələr vermis, elmi işləri, aldığı nəticələri ilə keçmiş SSRİ miqyasında və onun hüdudlarından kənarda tanınan akademik Zərifə Əliyevanın fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb. Bildirib ki, məhsuldarlığı, peşəkarlığı, sadəliyi və səmimiyyəti ilə insanların rəğbətini qazanmış Zərifə Əliyeva həm də oftalmologiya sahəsində elmi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib, yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.


Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Həşimova Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik olaraq elmi kadrların hazırlanmasında Zərifə xanımın böyük xidmətlərinin  olduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyevanın vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, o cümlədən tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, aldığı nəticələr Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb. N.Həşimova akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzinin qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanındığını deyərək Zərifə xanımın adına layiq böyük işlər həyata keçirdiyini də diqqətə çatdırıb. 
Tədbirdə Biologiya fakültəsinin 3-cü kurs tələbəsi, Zərifə Əliyeva adına təqaüdçü Məryəm Ramazanova və həmin fakültənin 2-cü kurs tələbəsi Cəvahir Hacıbabazadə çıxış edərək bildiriblər ki, hər bir azərbaycanlı gənci insanlara nur bəxş edən Zərifə xanım Əliyeva kimi savadlı, dünyagörüşlü olarsa, ölkəmiz daha böyük uğurlar qazanar.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər