390 30-04-2019

Rektor Filologiya fakültəsinin kollektivi ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Filologiya fakültəsinin dekanı, dekan müavinləri, kafedra müdirləri, professor-müəllim heyəti və digər əməkdaşları ilə görüşüb.Universitetin yeni hədəflərindən, cari və perspektiv fəaliyyət proqramından danışan rektor dekan, kafedra müdirləri, professor və müəllimlərin seçkisindən, tədrisin keyfiyyətinin təmin olunması istiqamətində aparılan işlərin gücləndirilməsindən, imtahanların keçirilmə formalarından, gənc alimlərin fəaliyyətini stimullaşdırmağın yollarından bəhs edib. Rektor yerli və beynəlxalq konfransların keçirilməsində yeni yanaşmaların tətbiqinin vacibliyini, elmi məqalələrin yazılması, onların yüksək indeksli jurnallarda çap etdirilməsi üçün müvafiq beynəlxalq nəşriyyatların təlimlərində iştirakın vacibliyini qeyd edib. 

Görüşdə, eyni zamanda, elmi-tədqiqat işlərinini gücləndirilməsi, fakültənin maddi-texniki bazasının təkmilləşdirilməsi, texniki təminatının yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb, professor-müəllim heyətinin qaldırdığı məsələlər müzakirə edilib. Rektor  2019-cu ilin Bakı Dövlət Universitetinin həyatında əlamətdar olduğunu deyərək 100 illik yubileyə hazırlıq prosesi haqqında məlumat verib, yubiley tədbirlərinin YUNESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu diqqətə çatdırıb. Tədbir professor-müəllim heyətinin suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, görüşlərin davamlı olaraq bütün fakültələrlə keçirilməsi nəzərdə tutulub.

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub