421 01-05-2019

Ömrümüzün dörd fəsli

İlin dörd fəsli olduğu kimi insan ömrü də 4 mərhələdən ibarətdir: uşaqlıq, gənclik, yetkinlik və yaşlılıq. Qışın soldurduğu çiçəkləri yaz canlandırırsa, yazın açdırdığı çiçəklərdən yay meyvə yetişdirirsə, bir fəsil özündən sonrakı fəsli, bir mərhələ digər mərhələni tamamlayır. İnsan ömrü də təbiətin bu qanunauyğunluğuna bənzəyir. Uşaqlıq xəyallarımızı gəncliyimizdə əldə etməyə çalışır, yetkinlik mərhələsində hədəflərimizə nail olur, yaşlandıqdan sonra qazandıqlarımızla qürurlanırıq.


Bəzən uşaqlıq illərimizdə fikirlərimiz ətrafımızdakılar tərəfindən ciddi qəbul edilmir. Əslində ömrümüzün bünövrəsini qoyan bənna məhz uşaqlıq dövrümüzdəki “biz” deyilikmi? “Böyüyəndə nə olmaq istəyirsən?” sualına verdiyimiz cavabla, böyüklərimizdən gördüklərimizi onların səhv və ya doğru olmasını nəzərə almadan, hətta bu haqda düşünmədən onları yamsılamağımız və digər bu kimi kiçik görünən, amma olduqca “böyük” olan adddımlarımızla gələcəyimizin banisi məhz özümüzük.
 

Gənclik... Gəncliyin sadəcə əyləncə, gəzinti, bütün səhvlərin məqbul hesab olunduğu dövr kimi təsəvvür olunması onun bizə yaratdığı geniş imkanlardan düzgün yararlanmağa mane olur. Halbuki, əldə etməyə çalışdığımız bir çox hədəflər uğrunda mübarizə aparmaq imkanına, uşaq ikən xəyalını qurduğumuz hər bir istəyin reallaşması üçün durmadan səy göstərməyə ən böyük fürsətlər məhz bu dövrdə əlimizə düşür.

Əgər gənclik mərhələmizi səmərəli keçirə bilsək, yetkinlik dövrümüzdə onların bəhrəsini lazımınca əldə edə bilərik. Hər bir uğurun arxasında onun üçün sərf edilmiş saysız-hesabsız əziyyətlər, tükənməz  səbr dayanır. Bütün bunlar zaman tələb edirsə, həmin zaman bəlkə də, enerji ilə çağlayan gənclik dövrüdür.

Yaşlılıq ömrün ən gözəl fəsli olsa gərək! Ona görə ki, bütün “fəsilləri” keçib son fəsilə yetişmək hər kəsə nəsib olmur. Təəssüf ki, hər birimizin təqvimində ya bütün fəsillər olmur, ya da hər bir fəsli layiqincə dəyərləndirməyi, hətta onları bir-birindən ayırmağı belə bacarmırıq. Əgər bu fərqi görüb onu dəyərləndirməyi və son fəslə uğurla  çıxmağı bacarmışıqsa, o zaman bütün bir ömrü onun hər fəslinin haqqını verərək yaşadığımızı deyə bilərik.

Aysel Əsədova 
Bakı Dövlət Universiteti,
 Kitabxanaçılıq və informasiya fakültəsinin məzunu

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR