42 03-05-2019

Rektor daha dörd fakültənin kollektivi ilə görüş keçirib


Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Jurnalistika və Tarix fakültələrinin kollektivi ilə görüşüb.

 

Universitetin cari və perspektiv fəaliyyət proqramı, görülən və nəzərdə tutulan işlər barədə məlumat verən rektor dekan, kafedra müdiri, professor və müəllimlərin seçkisi və boş olan vəzifələri tutmaq üçün elan edilmiş müsabiqə haqqında məlumat verib.

Rektor tədrisin keyfiyyətinin təmin olunması istiqamətində görülən işlərin və elmi-tədqiqatların gücləndirilməsi barədə danışıb, yerli və beynəlxalq konfransların keçirilməsində yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Eyni zamanda, elmi məqalələrin yazılması, onların nüfuzlu jurnallarda çap etdirilməsi, universitetdə nəşr edilən elmi jurnalların optimallaşdırılması istiqamətində yeni hədəflərini açıqlayıb, fakültələrin səlahiyyətlərinin genişləndirilməsi və maddi-texniki bazasının təkmilləşdirilməsi barədə danışıb.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə hazırlıq prosesi, yubiley tədbirinin eyni zamanda YUNESKO-da qeyd ediləcəyi barədə məlumat verən rektor professor-müəllim heyətini maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, görüşlər davamlı olaraq bütün fakültələrlə keçirilir.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub