459 06-05-2019

BDU-nun fakültələrarası idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

 

Bakı Dövlət Universitetinin idman kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş fakültələrarası futbol çempionatı və digər idman növləri üzrə yarışlarda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Oğlanlar və qızlar arasında badminton, stolüstü tennis, şahmat, komandalar arasında isə voleybol, basketbol və futbol yarışlarının qalibləri mükafatlandırılıb.

BDU-nun rektoru Elçin Babayev, fakültə dekanları və digər rəsmi şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, futbol yarışlarında universitetin 16 fakültəsi təmsil olunub və birinci yerin qalibi Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin komandası olub. Ekologiya və torpaqşünaslıq fakültəsinin komandası ikinci, Geologiya və Coğrafiya fakültələrinin tələbələri isə ücünçü yeri tutublar.

Voleybol yarışlarında birinci yeri Beynəlxalq münasibətlər və iqtisadiyyat, ikinci yeri Ekologiya və torpaqşünaslıq, ücüncü yeri isə Kimya fakültəsinin komandaları tutublar.

Bosketbol yarışlarında Kimya fakültəsi birinci, Coğrafiya fakültəsi ikinci, Tarix fakültəsi isə üçüncü yeri bölüşüblər.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub