538 08-05-2019

Mənim Universitetim

 

(Bakı Dövlət Universitetinin
 100 illik yubileyinə)

Dünyaya səs salıb möhtəşəm adın,
Səndən qanad açıb yaxınım, yadım, 
Dodaqda, damaqda əvəzsiz dadın, 
Mənim Universitetim, 
Doğma ocagım,
Qoy yansın həmişə yanar çırağın!


Dahilərin elmi olub dayağın,
Sönməsin heç zaman tədris ocağın,
Fəxrlə bax, dalğalanır bayrağın
Mənim Universitetim,  
Doğma ocağım,
Qoy yansın həmişə yanar çırağın! 


Cümhuriyyətdən miras, yerin var qəlbdə
Yüz yaşlı müdriksən bu Qoca Şərqdə
Sənə həmfikirdir çox şeydə Qərb də 
Mənim Universitetim, 
Doğma ocagım,
Qoy yansın həmişə yanar çırağın!


Vətən övladına vardır hörmətin, 
Zirvələr fəth edir elmin, zəhmətin, 
Heç zaman itməsin qədir-qiymətin, 
Mənim Universitetim, 
Doğma ocagım,
Qoy yansın həmişə yanar çırağın!


Sənə dəyər verib gedənlərin var,
Adını anıb xoş gələnlərin var,
Qədrini mənimtək bilənlərin var,
Mənim Universitetim,  
Doğma ocagım,
Qoy yansın həmişə yanar çırağın!

 

Diləfruz Hüseynqızı

Jurnalistika fakültəsinin əməkdaşı

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR