69 10-05-2019

BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib

 

Bakı Dövlət Universitetində “Şuşasız 27 il” adlı tədbir keçirilib. Rektor Elçin Babayev Azərbaycanın mədəniyyət paytaxtlarından olan Qarabağın incisi Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb, günahsız insanların öldüyünü, dinc əhaliyə qarşı edilən vəhşilikləri ürək ağrısı ilə yada salıb.

İtirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini ifadə edən rektor Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin ölkəmizin ərazi bütövlüyü barədə çıxışını yada salıb, onun dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini dəstəkləyən çağırış etdiyini xüsusilə vurğulayıb.

Çıxışının sonunda rektor şəhidlərimizin qanının yerdə qalmayacağına, Şuşanın füsunkar gözəlliklərini yenidən vəsf edəcəyimizə inandığını bildirib.

Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Şuşa haqqında videoçarx nümayiş olunub.

BDU-nun dosenti Atamoğlan Məmmədli Şuşa şəhidlərinin qəhrəmanlıq tarixçəsindən, şəhərin müdafiəsində hərbçilərimizin göstərdikləri fədakarlıqlardan danışıb, girovluqdan qayıdan şəxslərin, komandirlərin ifadələrini yada salıb. Şuşada tarixi abidələrimizin vəhşicəsinə məhv edildiyini bildirən A.Məmmədli bu qədim diyarın yenidən mədəniyyət beşiyi olacağına əmin olduğunu bildirib.

Tədbir tələbələrin təqdimatında şəhid anası obrazını canlandıran kiçik tamaşa və “Qarabağ şikəstəsi” ilə yekunlaşıb.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub