1222 10-05-2019

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosentinin yeni kitabı nəşri olunub

 

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Aydın Məmmədovun müəllifliyi ilə  "Tarixi demoqrafiya” adlı yeni dərs vəsaiti işıq üzü görüb. Dərs vəsaitində bəşər cəmiyyətinin ayrı-ayrı tarixi inkişaf mərhələlərində əhali məskunlaşmasına dair qanunauyğunluqlar fundamental şəkildə tədqiq olunub. Dərslikdə ilk dəfə olaraq mənbəşünaslıq bazası əsasında Azərbaycanın qədim və orta əsrlər dövründə şəhərləri və əhalisinin demoqrafiyası, o cümlədən Azərbaycan tarixşünaslığı müstəvisində tarixi demoqrafiya məsələləri araşdırılıb. Dərslikdə Şərq və Qərb alimlərinin, o cümlədən Azərbaycan mütəfəkkirlərinin öz aktuallığını bu gün də qoruyub saxlayan və müasir demoqrafik proseslərin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edən əhali məskunlaşması ilə baglı baxışları da nəzərdən keçirilib. Dərs vəsaiti tarix fakültəsinin tarixçi və tarix müəllimi ixtisasları üzrə bakalavr pilləsində təhsil alan tələbələri üçün nəzərdə tutulub. Dərslikdən Şərq və Qərb ölkələrinin ibtidai cəmiyyətdən başlayaraq çağdaş dövrədək əhali məskunlaşması ilə bağlı xüsusiyyətlərini, o cümlədən Azərbaycan xalqının tarixən formalaşmış demoqrafik təfəkkür, adət-ənənə və inancları ilə maraqlanan geniş oxucu kütləsi də faydalana bilər. Qeyd edək ki, kitab Bakı Dövlət Universitetinin 100 illik yubileyinə ithaf olunub.

Digər yazılar

Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında

BDU-nun müəllimi kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək

“Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı biblioqrafik monoqrafiya işıq üzü görüb 

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Azərbaycanca-farsca yeni kitab

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib