218 02-01-2018

Aydın müəllim, 50 yaşın mübarək!

Aydın müəllim, 50 yaşın mübarək!

    Həqiqətən də şərəfli müəllim əməyi hər bir insanın həyat yoluna uğur, nur çiləyən, onun işıqlı gələcəyinə zəmin yaradan çətin və şərəfli zəhmətdir. Bu mənada müəllimlərin hamısı böyük insanlardırlar, elə bu günlərdə 50 yaşı tamam olan bizim sevimli müəllimimiz Aydın Məmmədov kimi... Mən və qrupumuzun digər tələbələri elə ilk dərsindən onun sehrinə, sirrinə düşdük. Zəngin və bəlağətli nitqi, şərh etdiyi tarixi hadisə və proseslərə şəxsi münasibəti, qeyri-adi bilik və bacarıqlarını mühazirə və məşğələlərdə tətbiq edə bilmək bacarığı hər bir tələbədə, onunla qısa zaman kəsiyində ünsiyyətdə olan insanda heyrət doğurur. Aydın müəllim söylədiyi mühazirələrində təbiət və humanitar elmlərinin unikal sintezini yaradır. Bizə tədris etdiyi tarixi coğrafiya fənnində isə fitri rəssamlıq qabiliyyəti ona istədiyi coğrafi, yaxud siyasi xəritəni, tarixi obrazları, döyüş səhnələrini sayıla biləcək dəqiqədə lövhədə canlandırmasına imkan yaradır. Dərs keçdiyi tələbələrinə qarşı son dərəcə həm tələbkar, həm ciddi, həm də mehribandır bizim Aydın müəllim. Biz hamımız onu çox sevir, onunla fəxr edirik. Aydın müəllimi 50 illik yubileyi münasibətilə təbrik edir, ona elmi fəaliyyətində uğurlar və can sağlığı diləyirik.

Ayan Kərimova

BDU, Tarix fakültəsi, Tələbə Elmi Cəmiyyətinin sədri

Digər yazılar

“Ailəmi ən böyük sərvətim hesab edirəm”

Ömür kitabının 80-ci səhifəsi

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib