28 13-05-2019

BDU kollektivi ulu öndərin 96-cı ildönümü münasibətilə Cocuq Mərcanlıya səfər etdi, kənd məktəbində universitetin tədris otağı açıldı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə BDU-nun rektoru Elçin Babayev, müəllim-tələbə heyəti və aprel döyüşlərində iştirak etmiş universitetin tələbə qaziləri 9 may 2019-cu il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

BDU-nun 100 illik yubileyi çərçivəsində baş tutan səfərdə iştirakçılar əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı ilə 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın məzarını və abidəsini ziyarət edib, ailə üzvləri ilə görüşüblər.

Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirən BDU kollektivi, eyni zamanda, “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib. Universitet nümayəndələrini Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, adıçəkilən məktəbin müəllim və şagirdləri qarşılayıblar. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər. Onlar yaxşı təhsil alacaqlarına və gələcəkdə Cocuq Mərcanlıdan olan digər şagirdlər kimi Bakı Dövlət Universitetinin tələbəsi adını qazanacaqlarına söz veriblər.

Məktəbin direktoru Zamin Həziyev isə bildirib ki, 2016-cı  ilin aprel döyüşlərindən sonra kənd tamamilə yenidən qurulub, məktəb, bağça, məscid, klub binası tikilib, park salınıb. Hazırda məktəbdə 85 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 22 müəllim heyəti çalışır.

BDU kollektivi məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriyaya baxış keçiriblər. Sonra məktəbdə “Bakı Dövlət Universiteti: tədris otağı”nın açılışı olub. Universitet kollektivi məktəbə kompüter dəsti, xeyli sayda tədris kitabları və bədii ədəbiyyatlar, müxtəlif məzmunlu xəritələr, mikroskop və fizika fənnində istifadə ediləcək avadanlıqlar, məktəb ləvazimatları hədiyyə veriblər. Rektor Elçin Babayev məktəbin xatirə kitabına ürək sözlərini yazıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyinin erməni işğalından azad edilməsi gənclərdə milli vətənpərvərlik ruhunu yüksəldib. Bu gün hər bir Azərbaycan gənci Ali Baş Komandanın rəhbərliyi altında topraqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasına tam hazırdır. Rektor sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizn daim diqqət və qayğısı altında olduğunu da diqqətə çatdırıb.

Sonra kəndin “Qayıdış” İcma klubunda həmin ərazidə hərbi xidmət keçən əsgərlərin iştirakı ilə Füzuli Dövlət Dram Teatrının təqdimatında tamaşa nümayiş olunub, universitet tələbələrinin ifasında milli-vətənpərvərlik ruhunda musiqi nömrələri, o cümlədən “Ana mən şəhid oldum”, “Cənab leytenant” mahnıları böyük coşqu ilə qarşılanıb.

Səfər müddətində BDU kollektivi Cocuq Mərcanlıda yerləşən hərbi hissəyə baş çəkib, əsgərlərlə görüşüb, onlarla birlikdə nahar ediblər. Sonda universitet əməkdaşları Cocuq Mərcanlı məscidini ziyarət edib və kəndin şəhid ailələri ilə görüşüblər.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər