2052 13-05-2019

Xoşbəxt olmağın yolları

 

Araşdırmalara görə, xoşbəxt olmağın yolu həyatınızda edəcəyiniz kiçik dəyişikliklərdən ibarətdir. "Bakı Universiteti" qəzeti həmin dəyişiklikləri təqdim edir:

Yardımsevər  olun
“Psychological Bulletin”dəki araşdırmaya görə, özünüz üçün deyil, başqaları üçün pul xərcləmək sizi daha da xoşbəxt edəcək. Ən xoşbəxt insanların ən çox pul xərcləyən insanlar olduqlarını ortaya çıxaran araşdırmaya görə, başqalarına kömək etmək, pul xərcləmək sizi xoşbəxt edəcək. 

Tez-tez şükür edin
Pensilvaniya Universitetinin professor  Martin Seligman hər gecə onları xoşbəxt edən 3 şeyi xatırlayıb şükür edərək yatan insanların digərləriylə müqayisədə daha xoşbəxt olduqlarını bildirdi. 

Yeni şeylər kəşf edin
Yeni şeylər kəşf etmək, macəralara atılmaq, alışqanlıqları dəyişdirmək beyin dalğalarını oyadar. Nəticədə, daha xoşbəxt hiss edərsiniz.

Hədəflər qoyun
Psixoloq Jonathan Freedman özlərinə qısa, və ya uzun müddətlik hədəflər qoyan insanların müqayisədə daha xoşbəxt olduqlarını bildirdi.
Viskonsin  Universitetinin professor  Richard Davidson "bir məqsəd uğrunda çalışmaq vacib duyğuları oyadar", - deyir. 

Tərəfsiz olun
“Sonsuz xoşbəxtliyin resepti” (Ultimate Happiness Prescription) kitabının müəllifi Dr. Deepak Chopra xoşbəxt olmağınız üçün tərəfsiz liyin önəmini qeyd edir:  “Əgər hansısa fikri müdafiə etməyə çalışmasanız, enerjinizin 99%-i qorunmuş olacaq, beləliklə, daha xoşbəxt hiss edəcəksiz”.

İnanclı olun
İnanclı insanlar digərlərinə nisbətən həyatlarından razı və daha xoşbəxt olurlar. Dos. Bruce Headey Melburn Universitetindəki 25 illik araşdırmasının nəticəsində, inanclı insanların həyatda daha istəkli, əzmli olduqlarını təsdiqləyib. 

Ən azı altı saat yatın
Araşdırmalar gündə ən az 6 saat 15 dəqiqə fasiləsiz yatan insanların gün ərzində özlərini daha xoşbəxt hiss etdiyini sübut edir.

Tez-tez gülümsəyin
Kədərli olduğunuz zamanlarda gülümsəmək, xoşbəxtmiş kimi davranmaq sizi olduğunuzdan daha çox xoşbəxt edəcək.  Bir çox araşdırmalara görə, sadəcə gülümsəmək belə insanları olduqlarından daha xoşbəxt hiss elətdirir.


Semra Ələkbərli,

Jurnalistika fakültəsinin tələbəsi
 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb