661 13-05-2019

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika  kaferdasının dosenti İradə Dadaşovanın  60 yaşı tamam olub. İradə xanımın  bu münasibətlə qəzetimizə verdiyi müsahibəni təqdim edirik: 

 


- Söhbətimizin əvvəlində bir qədər özünüz barədə məlumat verməyinizi istərdik.
1959-cu il fevralın 18-də Bakı şəhərində anadan olmuşam. Bakıdakı 80 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam. 2010-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika institutunda professor Camal Məmmədxanovun rəhbərliyi ilə «Müxtəlif sinif funksiyaların ekstremal xassələri» mövzusunda dissertasiya işini müdafiə etmişəm. 2010-cu ildə Almaniyanın Drezden şəhərində keçirilən konfransda Azərbaycandan yeganə iştirakçı olmuşam və çıxış etmişəm. 2011-ci ilə qədər Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasında əvvəlcə laborant, baş laborant, saat hesabı müəllim, 2011-ci ildən hal-hazıra kimi isə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasında müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışıram. “İnformatika”, “Turizmdə İnformasiya Texnologiyaları”, “Kompüterin arxitekturası və Əməliyyat sistemləri” fənni üzrə azərbaycan, rus və ingilis bölmələrində mühazirə və seminar, “Tətbiqi analizin riyazi üsulları” kafedrasında isə saat hesabı qaydada “Riyazi analiz” fənni üzrə seminar dərsləri aparıram.

 

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
Uşaq vaxtı operanı, baleti, pop və rok musiqisini və muğamı çox sevərdim. Elə indi də. Evimizdə çoxlu disklər var idi. Edit Piafı, Elvis Preslini, The Beatles, Rolling Stones qruplarını və s. çox sevmişəm. Azərbaycan muğamına xüsusi məhəbbətim olub. Saatlarla böyük muğam ustaqlarımıza qulaq asardım. Hətta onlarla birlikdə muğam oxuyardım. Muğam dəstgahlarını - Rast, Şur, Segah, Şüştər, Bayatı-Şiraz, Çahargah, Hümayun, Bayatı-Şiraz, Mirzə Hüseyn Segahı, Zabul Segahı yaxşı bilmişəm. Əlibaba Məmmədovun, Nəzakət Məmmədovanın, Rubaba Muradovanın, İslam Rzayevin və Zeynəb Xanlarovanın oxuduğu muğamlara sevə-sevə qulaq asardım. Çoxlu kitab oxuyardım. Məktəbdə oxuyanda bütün keçdiyim fənnlərin hamısını eyni həvəslə sevib öyrənərdim.

- Niyə məhz riyaziyyat elminin dərinliklərinə yiyələnmək istədiniz?
Məktəbdə riyaziyyatı yaxşı bilirdim. Ona görə bu sahəni seçdim.  Bəzən düşünürəm ki, həkim olsaydım daha böyük uğurlar  qazanardım. Bəlkə də, Azərbaycanda tanınmış həkim olardım.

 

- İradə xanımın unudulmaz müəllimi kim olub?
Məktəbdə bütün müəllimlərim çox savadlı olub. Mən onlardan çox şey öyrənmişəm və həyatım boyu razı qalmışam. Onları həmişə hörmətlə xatırlayıram. Universitetdə də həmçinin. Professor Camal Məmmədxanovun ixtisas kursunda oxumuşam. O mənim diplom rəhbərim, sonradan isə elmi rəhbərim olub. Camal Məmmədxanova xüsusi rəğbətim var.

- Qızınız xaricdə yaşayır. Hər bir ananın özünəxas tərbiyə metodları olur. Ümumiyyətlə, qızınızla münasibətlərdə əsasən nəyə önəm vermisiniz?
Qızım Azərbaycan Universitetinin Sosial iş fakültəsinin tələbəsi olub. Universitet tələbələri arasında birinci olduğuna görə onu “Linnaeus–Palme” layihəsi çərçivəsində İsveç Krallığının Lund Universitetinə bir illik oxumağa göndərdilər. Orada təhsilini uğurla başa vurandan sonra Bakıya qayıdıb, ailə qurdu. İndi Belçikada yaşayır. İngilis, rus, fransız və holland dillərini bilir. Bir cox konfranslarda çıxış edir. Belçikanın Gent Universitetində holland dilində Sosial iş ixtisası üzrə magistr təhsili alır. O mənim həyatımın ən böyük sevincidir.
Onu sərbəst böyütmüşəm. Əvvəl onu dinləmişəm. Sonra öz məsləhətimi vermişəm. Ona heç vaxt dərsini öyrən sözünü deməmişəm. Lap birinci sinifdə oxuyanda yazı yazmağı öyrənərkən əlindən tutub kömək də etməmişəm. Elə uşaqlıqdan öz işini özü görüb və  qərar verməyini istəmişəm. 

 

- Sizin çox yaxşı dost olduğunuzu deyirlər. Dostluq barədə fikirləriniz maraqlıdır?
Dost yaxşı şeydir. Dostlar nə qədər çox olsa yaxşıdır. Əlbəttə ki, səmimi dostlar. Dostları illər özü ələkdən keçirir. Səmimi olmayan insanlarla dostluq etmirəm.

- Həyatda ən böyük  uğurunuz nədir?

Ən birinci və böyük uğurum qızımın uğurlarıdır. Sonra isə elmdə qazandığım uğurlar.

Bəs həyat deviziniz nədir?
İnsan həmişə xoşbəxt olmaq üçün çalışır, bütün çətinliklərə arzularının reallaşması naminə qatlaşır. Düşünürəm ki,  bütün bunları qazanmaq üçün insan  simasını qorumalıdrı və dediyin sözün sahibi olmalıdır.


- Ən böyük çətinliyiniz  nə olub və onun öhdəsindən necə gəlmisiniz?
Ümumiyyətlə, insan gərək heç bir çətinlikdən qorxmasın, bunu həyatın mübarizəsi də adlandırmaq olar. Hər hansı bir çətinliklə qarşılaşanda ruhdan düşməsin, mən çətinliyə düşəndə çox sarsılıram, amma geri çəkilmirəm, vəziyyətdən çıxmaq üçün çalışıram və sonda da qalib gəlirəm. Hər dəfə belə olanda fikirləşirəm ki, niyə bu qədər sarsıldım, özümə əziyyət verdim, amma növbəti çətinliklə üzləşəndə yenə də özümlə bacarmıram.

 


- Hələ reallaşdırmadığınız, ancaq arzusunda olduğunuz arzularınız varmı?
Ən böyük arzum doğmalarımın can sağlığı və qızımın yeni uğurlarıdır. Şəxsi həyatımda isə elmlər doktoru elmi dərəcəsinə yiyələnmək üçün çalışıram. 


- 100 illik yubiley ərəfəsində olan BDU-nun həyatınızda rolu barədə nə deyərdiniz?
BDU-nun 100 illik yubileyinin mənim üçün xüsusi əhəmiyyəti var, çünki həyatımın 40 ili burada keçib.  BDU-nun 90 illik yubileyində universitetin xor kollektivi ilə birlikdə Prezidentimizin qarşısında Azərbaycan himnini oxudumuşam və bununla fəxr edirəm.

“Bakı Universiteti” qəzeti olaraq Sizi doğum gününüz münasibətilə təbrik edir, daha böyük nailiyyətlər qazanmağınızı diləyirik.

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”