929 02-02-2018

“Ölüm hökmü” əsəri məni özünə daha çox cəlb edir

 Bəzən oxuduğumuz bir əsər həyatımıza çox ciddi təsir edir. Hətta həmin əsərin təsiri nəticəsində hadisələrə baxışımız belə dəyişir. “Həyata baxışınızda  dönüş yaradan əsər hansıdır?”, sualımızı Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov  cavablandırdı:

 −  Heç bir əsəri konkret olaraq ayırmazdım. Çünki həyata baxış zaman-zaman formalaşır.  Oxuduğumuz əsərlərin hər biri müəyyən qədər həyata baxışımıza təsir edir. Azərbaycan ədəbiyyatına nəzər saldıqda  klassiklərdən Nizami, Füzuli, Yeni dövrdə Ü. Hacıbəyov, C. Məmmədquluzadənin əsərləri milli oyanış baxımından əhəmiyyətlidir. Müasir ədəbiyyata gəldikdə isə Elçin Əfəndiyevin əsərlərini söyləyə bilərəm. Gördüyünüz kimi, indi də Elçini oxuyuram. Mən onun bütün əsərlərini böyük maraqla oxumuşam. “Ağ dəvə” əsərini “Azərbaycan” jurnalından oxumuşdum, indi tam versiyanı oxuyuram. Onun yaradıcılığında “Ölüm hökmü” əsəri məni özünə daha çox cəlb edir. Ümumiyyətlə, Elçin mükəmməl yazıçıdır.

         Ancaq yenə də yalnız bir müəllifin üzərində dayanmıram. Azərbaycan ədəbiyyatından nümunə gətirdim. Dünya ədəbiyyatında da E. L. Voniçin “Ovod”, “Qırılmış dostluq”, Cek Reymond Remarkın “Zəfər tağı”, Biçer Stounun “Tom dayının koması”,  Frans Kafkanın “Çevrilmə” əsəri şüurlarda intibah yaradan əsərlər sırasındadır. Qədim yunan filosofu Sokrat deyib: “Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar”.  Həyata baxışımızın dəyişməsi, uğur qazanmağımız bu nadir sənət incilərdən nə dərəcədə bəhrələnməyimizlə əlaqədardır.

İlahə Dadaşova

                                    

 

Digər yazılar

"Mənə ən çox təsir göstərən  “Xudafərin körpüsü” əsəri olub"

“Qarqantua  və Pantaqruel”  bugünkü dünyanı ifadə edən ən nümunəvi əsərdir"

"Onun əsərlərini hər zaman sevərək oxumuşam"