374 17-05-2019

BDU-nun Filologiya fakültəsində Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi konfransı keçirilib

 

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransa respublikamızın 11 ali təhsil müəssisəsindən (BDU, ADPU, BSU, AzTU, ATU, ADU, GDU, OYU, ADİU,BMU, AKU) ümumilikdə 91 nəfər, o cümlədən 31 tələbə və magistrant qatılıb.


 
Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycan xalqının firavan yaşaması üçün gördüyü işlərdən danışıb və konfransın işinə uğurlar arzulayıb. Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Ulu öndərin memarı olduğu azərbaycançılıq ideologiyasından, onun milli dəyərlərimizə, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açıb, Heydər Əliyev irsinin gənc nəslə təbliğ olunmasının zəruriliyini vurğulayıb.

    


Plenar iclasda Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun “Heydər Əliyevin nitqində əsas nitq hissələrinin üslubi xüsusiyyətləri”  mövzusunda məruzəsi maraqla dinlənilib.  
Konfrans öz işini  “Ədəbiyyatşünaslığın müasir problemləri” və “Dilçiliyin müasir problemləri” bölmələrində davam etdirib.

 

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər