20 20-05-2019

BDU-nun “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib


Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı öz işinə başlayıb. BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor  Aydın Kazımzadə konfransı açaraq onun əhəmiyyəti barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən danışan A.Kazımzadə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

İclasda Bakı Baş Təhsil İdarəsinin müdir müavini, professor  Hüseyn Əsgərov  “Xalq üçün yaşanan ömür”, Təhsil İnstitutunun direktor müavini, dosent  Ənvər Abbasov “Heydər Əliyev və Azərbaycan təhsili”,  BDU-nun professoru Nuru Məmmədov “Heydər Əliyev və Azərbaycan tarixi”, “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi Güllü Qəhrəmanlı “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Konfransda Bakı şəhəri 6 saylı məktəb-liseyin  direktoru Gülşən Orucova, Sumqayıt şəhəri, Humanitar və təbiət, riyaziyyat təmayüllü “İstedad” liseyinin direktoru Adilə Süleymanova, liseyi qızıl medalla bitirmiş, Azərbaycan Mühəndislik Universitetinin tələbəsi Lalə Muradlı  və valideyn Fəxri Xəlilov çıxış edərək konfransın işinə uğur arzulayıblar.

Konfrans öz işini “Gənc istedadlar” liseyində “Ana dili və ədəbiyyat”, “Tarix və coğrafiya”, “Fizika, riyaziyyat, informatika”, “Kimya, biologiya və ekologiya”, “Xarici dillər” bölmələrində davam etdirib. Konfransda “Gənc istedadlar” liseyinin şagirdləri ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Tovuz, Şəki və Qax şəhərlərinin müxtəlif lisey və məktəblərinin şagirdləri də çıxış edib və ümumilikdə 177 məruzə dinlənilib.

Qeyd edək ki, hazırda «Gənc istedadlar»  liseyində Azərbaycan və rus bölmələrinin 30 sinfində 631 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə məşğul olan 82 müəllimdən 3 nəfəri elmlər doktoru, 23 nəfəri fəlsəfə doktoru, 3 nəfəri isə Respublikanın «Əməkdar müəllim»dir.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər