82 22-05-2019

Hüquq fakültəsində Ümummilli Liderin 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib


Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib. “Azərbaycan Respublikasında müasir hüquq elminin inkişaf istiqamətləri” mövzusunda keçirilən konfransı BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq onun əhəmiyyətindən danışıb.


Sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rektoru, professor Nazim Əliyev, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev,Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor əvəzi, dosent Elçin Xələfov çıxış ediblər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin hüquq elmi və təhsilinə göstərdiyi qayğıdan, hazırda Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü uğurlu daxili və xarici siyasətin tərkib hissəsi kimi hüquq sahəsindəki nailiyyətlərdən bəhs ediblər.


Daha sonra “İnsan hüquqları sahəsində milli siyasət və beynəlxalq hüquq”, “Azəbaycan Respublikasında dövlət xidmətlərinin mahiyyəti”,“Demokratiya modellərinin Azərbaycan Respublikasının Konstitusiyasında konvergentiyası”, “Heydər Əliyevin Azərbaycanda hüquqi dövlətin guruculuğunda rolu” və“Azərbaycanda hüquq və azadlıqların müdafiəsi mexanizminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır” mövzularında məruzələr dinlənilib.


Məruzələrdən sonra konfrans işini “Beynəlxalq hüquq” ,“Hüquq nəzəriyyəsi və Konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası”, “Mülki hüquq, mülki proses, kommersiya hüququ, əmək və ekologiya hüququ” bölmələri üzrə davam etdirib.


Qeyd edək ki, konfransa təqdim edilən 100-dək məqalə elmi jurnalda dərc olunub.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub