3801 27-05-2019

“100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi - Prezidentin köməkçisi professor Dilarə xanım Seyidzadə olub

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyi münasibətilə “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin beşinci görüşü keçirilib.

Layihənin rəhbəri dosent Azad Rzayev yubiley tədbirləri barədə qısa məlumat verib və qonağı təqdim edib. Bildirib ki, layihənin qonağı Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi professor Dilarə xanım Seyidzadə Tarix fakültəsinin 1961-ci il məzunudur. Dilarə xanım tarixçi alim olmaqla yanaşı həm də çox maraqlı həyat yolu keçib. Elmi araşdırmalarında XX əsrin əvvəllərində müstəqilliyə aparan yolu tədqiq edib, II dünya müharibəsi illərində Cənubi Azərbaycanda milli hərəkatın canlı şahidi olub, XX əsrin sonundan başlayaraq müstəqil dövlət quruculuğu prosesində bilavasitə iştirak edir.

Professor Dilarə xanım Seyidzadə həyat və fəaliyyəti, təhsil illəri barədə verib. Bildirib ki,  universitet illərində sadəcə lazımi biliklər qazanılır, tarixçi kimi formalaşmağa isə görkəmli tarixçilərin təcrübəsinin öyrənilməsi, onlarla birlikdə çalışmaq imkanı mühüm təsir göstərir. Tarixçi gənclərə tədqiqat mövzusunu müəyyənləşdirərkən çətinliyə və maneələrə baxmayaraq, Vətən üçün faydalı mövzular seçməyi tövsiyə edən Dilarə xanım Seyidzadə SSRİ-nin mövcudluğu illərində, milli maraqlara uyğun tədqiqatların aparılmasının çətin olduğu bir zamanda özünün mövzu seçimi və Moskvada müdafiəsi prosesində qarşılaşdığı maneələr barədə məlumat verib. Eyni zamanda, Vətən tarixinin öyrənilməsinin vacibliyindən, müstəqil dövlətimiz üçün tarixçi ixtisasının əhəmiyyətindən danışaraq fakültə rəhbərliyinə tələbələr üçün ölkəni tanıtmaq və abidələri öyrətmək məqsədilə səfərlər təşkil etməyi tövsiyə edib.

Məruzədən sonra Dilarə xanım Seyidzadə görkəmli dövlət xadimi Heydər Əliyevlə əlaqədar xatirələri, mənbələrlə iş, tarixçilər üçün xarici dil biliyinin üstünlüyü ilə bağlı fakültənin professor-müəllim və tələbə kollektivinin suallarını cavablandırıb.

Azad Rzayev professor Dilarə xanım Seyidzadəyə görüşdə iştirakına görə kollektiv adından təşəkkürünü bildirib və qarşıdan gələn yubileyi münasibətilə təbrik edib.

Qeyd edək ki, professor Dilarə xanım Seyidzadə 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsinin tələbəsi olub. Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan EA-nın Tarix İnstitutunda başlayıb. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin köməkçi vəzifələrində çalışıb. 1999-cu ildən Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisidir.

Əlavə edək ki, Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilən “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi mart ayından başayıb. Layihənin rəhbəri dosent Azad Rzayev, müəllifi dosent Səidə Quliyeva, koordinatorları dosent Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Mais Günəşlidir.

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub