43 27-05-2019

BDU-da 28 May – Respublika Günü qeyd edilib

 

Bakı Dövlət Universitetində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Rektor Elçin Babayev Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, dövlət quruculuğu prosesində bir sıra ciddi tədbirlərin həyata keçirilməsindən və 1919-cu ildə Azərbaycan xalqının elm, təhsil və mədəniyyət mərkəzi rolunu oynayan Bakı Dövlət Universitetinin yaranmasından bəhs edib. Ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə danışan rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən rektor ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafından, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınmasından, hərtərəfli inkişaf strategiyasının əhəmiyyətindən bəhs edib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili, professor Bəxtiyar Əliyev və universitetin kafedra müdiri,  professor Anar İsgəndərov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin  tariximizin şərəfli səhifəsi olmasından, müstəqil Azərbaycanın uğurlarından bəhs ediblər.

 

 

 

Tədbir universitet tələbələrinin ifasında bədii hissə ilə yekunlaşıb.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər