225 29-05-2019

Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında


(Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr olunur)
Milli məlumat sisteminin tərkib hissələrindən olan milli biblioqrafiya ayrı-ayrı ölkələrdə müxtəlif qaydalarda təşkil olunsa da, onun başlıca vəzifəsi cəmiyyətin biblioqrafik informasiya tələbatının ödənilməsinə xidmət etməkdir. Milli biblioqrafiya tarixən mövcud olub, bir tərəfdən millətin mədəni nailiyyətlərini əks etdirirsə, digər tərəfdən onun inkişafına öz təsirini göstərir.
 Kitabxanaçılq-informasiya fakültəsi, Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqovanın yeni çapdan çıxıb  monoqrafiyası “Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında”adlanır.  (Sadıqova S.A. Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında: Monoqrafiya-Bakı: ADPU nəşriyyatı, 305 s.)
Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş monoqrafiya  çox nəfis şəkildə işıq üzü görmüş, eyni zamanda tərtibatı  baxımından da diqqəti cəlb edir. Monoqrafiyada qlobal informasiya məkanında Azərbaycan milli biblioqrafiyasının yeri, rolu və əhəmiyyətinə geniş yer verilib. 


On doqquz çap vərəqi həcmində olan monoqrafiyanın birinci fəsli Azərbaycan milli kitabı və onun biblioqrafiyasının təşəkkülü və formalaşmasına həsr olunub. Birinci  fəsildə Azərbaycan milli kitabı – blioqrafiyalaşdırma    obyekti kimi və milli kitaba həsr olunmuş biblioqrafik resursun təhlilinə geniş yer verilib. Azərbaycan milli dövri mətbuatının yaranması adlanan ikinci fəsildə Azərbaycan milli mətbuatının biblioqrafik tədqiqi və dövri mətbuata həsr olunub biblioqrafik resursların təhlili aparılıb. Azərbaycan milli biblioqrafiyasının təkmilləşdirilməsi problemlərndən bəhs edən üçüncü fəsildə müasir informasiya cəmiyyətinin informasiya təminatında milli biblioqrafiya əsas obyekt kimi və Azərbaycan milli biblioqrafiyasının repertuarının yaradılmasında yeni informasiya texnologiyasından istifadə məsələlərindən bəhs edir.
Müəllif nəticə olaraq qeyd edib ki, Azərbaycan kitabxanalarının qarşısında dünyanın qabaqcıl ölkələri kimi, müasir elektron kitabxana xidmətini yaratmaq, kitabxana-informasiya və biblioqrafik ehtiyatlarını dünya informasiya sisteminə inteqrasiyasına malik olmaq kimi ciddi problemlər durur. Bu problemlərin həlli ilk növbədə Azərbaycan tarixi, mədəniyyəti, elmi, təhsili, incəsənəti, maddi və mənəvi dəyərləri haqqında informasiyanı yaymağa, erməni qəsbkarları tərəfindən torpaqlarının 20 faizə qədərinin işğalına və bədnam düşmənlərinin dezinformasiyasına məruz qalıb Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına imkan verəcəkdir.


          Kitabın elmi redaktorları Əməkdar elm xadimi, BDU-nun fəxri    professoru, tarix elmləri doktoru Abuzər Alı oğlu Xələfov və professor, əməkdar mədəniyyət işçisi Zöhrab Hüseyn oğlu Əliyev, rəyçiləri professor, tarix elmləri doktoru    Əsməd İmamməmməd qızı Muxtarova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İslam oğlu İsmayılov, tarix üzrə fəlsəfə doktoru Əlizadə Şəmil oğlu Nəcəfov və redaktoru Ayşən Sadıqlıdır.
      Müstəqil respublikamızda milli biblioqrafiyanın informasiya təminatında rolu işıqlandırılıb, uzunmüddətli tədqiqat nəticəsində bir sıra sxem və cədvəllər də verilib. Monoqrafiya kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və tarixşünaslıq baxımından əhəmiyyət kəsb etdiyini nəzərə alaraq sahə mütəxəssisləri, o cümlədən müvafiq ixtisasda təhsil alan tələbələr, magistrantlar, doktorantlar, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


 

Digər yazılar

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosentinin yeni kitabı nəşri olunub

BDU-nun müəllimi kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək

“Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı biblioqrafik monoqrafiya işıq üzü görüb 

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Azərbaycanca-farsca yeni kitab

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib