1340 29-05-2019

BDU-nun Filologiya fakültəsində “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” adlı  elmi seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Həmid Araslının 110 illik yubileyinin qeyd edilməsi haqqında 1Sərəncamına əsasən BDU-nun Filologiya fakültəsində “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” mövzusunda elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı Elçin Məmmədov qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində xüsusi xidmətləri olan akademik Həmid Araslının çoxsaylı araşdırmalarından, ədəbiyyatşünaslığa verdiyi töhfələrdən söz açıb, alimin universitetlə bağlı maraqlı xatirələrindən danışıb.  


BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri Səhər Orucova Həmid Araslının zəngin elmi yaradıcılığından, xüsusən şifahi xalq ədəbiyyatının tədqiqi istiqamətində gördüyü işlərdən bəhs edib, alimin folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxladığını, folklorşünaslar üçün dəyərli mənbələr miras qoyduğunu vurğulayıb. 
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi Zəhra Allahverdiyeva H.Araslının Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasındakı əvəzsiz xidmətlərindən, eləcə də zəngin elmi fəaliyyətindən danışıb. 


Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantları alimin çoxşaxəli yaradıcılığının fərqli tərəflərinə işıq salaraq müxtəlif məzmunlu məruzələrlə çıxışlar ediblər. 
Görkəmli alimin qızı, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı tədbirin ərsəyə gəlməsində rolu olan hər bir kəsə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini bölüşüb.  


Bədii hissədən ibarət elmi seminarda II kurs tələbəsi Cəmil Cəmilbəylinin ifasında aşıq musiqisi, “Ay işığı” instrumental ansamblının müşayiəti ilə müxtəlif mahnılar səsləndirilib. Tədbirdə II kurs tələbələri Laləzar Sərxanova və Röyalə Kazımovanın akademiklə bağlı hazırladıqları “H.Araslının həyat və yaradıcılığına qısa nəzər” adlı videoçarx nümayiş olunub. 

 

Pərvin EYVAZOV

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər