257 30-05-2019

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Mayın 28-29-da Rumıniyanın paytaxtı Buxarest şəhərində Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN) Baş Assambleyasının və Buxarest Universitetinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş “İnter University Cooperation for Open Science” adlı beynəlxalq konfrans keçirilib.

 

Bakı Dövlət Universitetindən olan nümayəndə heyəti konfransdan bir gün öncə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Cumhuriyyətin 101-ci ildönümü ilə bağlı təşkil etdiyi rəsmi ziyafətə qatılıb. Ziyafətdə xarici ölkələrin Rumıniyadakı səfirləri, konsulları, universitet rektorları, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər.

Buxarest Universitetində baş tutan konfransın açılış mərasimində rektor Mirsea Dimitru, Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn Nəcəfov, BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (UNİCA) prezidenti Lusiano Saso, BSUN-nun baş katibi Eden Mamut və Ukraynanın “Zaporojets Politexnik” universitetindən Serqi Belikov açılış nitqi söyləyiblər. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (PABSEC) Baş katibi Asəf Hacıyev konfransa skayp vasitəsilə qoşularaq təbriklərini çatdırıb.


Beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib. BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyevin moderatorluğu ilə başlayan plenar sessiyanın ilk iclasında Avropa Komissiyası Açıq Elm Proqramının nümayəndəsi Corina Pascu, “Spiru Haret” universitetindən Manuela Epure, Ali Təhsil, Araşdırma, İnkişaf və İnnovasiya Fondu İcraçı Agentliyindən İoana Spanache, Türkiyənin “18 mart” Çanaqqala Universitetindən Mehmet Şahin və UNİCA-nın prezidenti, Sapienza Universitetinin professoru Luciano Saso müxtəlif mövzularda açıq elm mübadiləsi haqqında məruzələr ediblər. Növbəti sessiyalarda Buxarest Universitetindən, BDU-dan, Naxçıvan Dövlət Universitetindən, Ukrayna Aqrar Universitetindən, Sofiyanın “St.Kliment Ohridski” universitetindən və digər ölkələrdən olan elm adamları təqdimatlar edib, maraqlı fikir mübadiləsi aparıblar.

Mayın 29-da konfrans iştirakçıları üçün Avropanın ən böyük binasında yerləşən Rumıniya parlamentinə ziyarət təşkil olunub. Ziyarət çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin deputatları ilə rəsmi görüşlər keçirilib. PABSEC-in mədəniyyət, elm və Sosial məsələlər üzrə Rumıniyadan olan deputatı İstvan-Janos Antal, İqtisadiyyat, Kommersiya, Ətraf mühit və Texnologiya üzrə nümayəndəsi Georg-Gabriel Vişan ilə söhbətlər aparılıb, ideya və təkliflər səsləndirilib, qonaqlar üçün ziyafət təşkil edilib.

 

Bakı Dövlət Universitetinin nümayəndə heyətinin tərkibinə daxil olan Əli Nağıyev, Pərvanə İbrahimova və Vəfa İsgəndərova, həmçinin Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov ümummilli liderimiz Heydər Əliyevin şərəfinə salınmış parkda olub, ulu öndərin büstünə tər güllər qoyublar. Eyni zamanda Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində Fövqəladə və Səlahiyyətli səfir Hüseyn Nəcəfov və səfirlik əməkdaşları ilə görüşüblər.

Xatırladaq ki, Qara Dəniz Universitetləri Şəbəkəsi üzv universitetlər arasında təhsil, fundamental və tətbiqi tədqiqatların aparılması, uğurlu təcrübə mübadiləsi və müxtəlif birgə layihələrin işlənməsi məqsədilə yaradılıb. Şəbəkə 12 ölkənin yüzdən çox universitetini birləşdirir. Bakı Dövlət Universiteti 1998-ci ildən təşkilatın sıralarında təmsil olunur.

 

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub