5131 07-06-2019

O mehriban, o əziz  universitet illəri....            

   

Hələ orta məktəbdə oxuyarkən xəyalımda canlandırdığım, arzu etdiyim bir universitet var idi - Bakı Dövlət Universiteti. Hər il televiziyada universitetdə məzun günü keçiriləndə mən də bu universitetin məzunu olmaq arzusu ilə yaşayırdım. Tale elə gətirdi ki, üç dəfə məzun olmaq qismətimə yazıldı : bakalavr, magistr, doktorantura. Bəlkə də bu universitetə olan sevgim məni daha da əzmlə çalışaraq, qarşıma qoyduğum məqsədə nail olmağa sövq etdi. Məktəbi bitirib 2005-ci ildə Bakı Dövlət Universitetinin fəlsəfə ixtisasına qəbul oldum. İlk illərdə hamı kimi, məndə də dərslərin çətinliyi, imtahan gərginliyi var idi. Universitetdə yaradılmış şəffaf mühit, professor-müəllim heyəti o qədər səmimi, mehriban insanlar idilər ki, tələbə özünü ikinci ailəsində hiss edirdi. Zamanla anladım ki, bu universitetə olan sevgim boşuna deyilmiş. Bu təhsil ocağına olan bağlılıq, doğmalıq hissi mənim magistratura, doktorantura təhsilimi məhz burada davam etdirməyimə səbəb oldu     Məncə, elə bir insan yoxdur ki, universitet illərindən xatirəsi olmasın. Hamının danışmağa mütləq ki, xoş bir anı var. İllər ötdükcə həmin dövrdə etdiklərimizi xatırlayanda, üzümüzdə az da olsa təbəssüm yaranırsa, demək ki, həmin  dövr elə də sakit keçməyib. Qrup yoldaşlarımızla etdiyimiz zarafatlar, müəllimlərimizin maraqlı söhbətləri hamısı şirin bir xatirə kimi yaddaşımıza həkk olunur. Universiteti bitirməyimizdən on il keçsə də, hər dəfə qrup yoldaşlarımızla görüşəndə o illəri xatırlayırıq.         

           
    Bakı Dövlət Universiteti mənim həyatımda təkcə təhsil ocağı  olmadı. İnsanlıq, səbr, xoş rəftar, sadəlik, vətənpərvərlik, mərhəmətli olmaq və s. kimi yüksək mənəvi  keyfiyyətləri aşıladı və həyatda ən gözəl insanları tanımağıma səbəb oldu. Böyüklərə hörmət, kiçiklərə qayğı  ilə yanaşmaq, elmə, biliyə xüsusi zövq və həvəs yaratmaq, insanları sevmək, onlara təmənnasız yardım etmək müəllimlərimə xas olan xüsusiyyətlərdəndir. İnsan  ilk növbədə peşəsindən, sənətindən asılı olmadan cəmiyyətə fayda verməli, gələcəyini təmin etməyi bacarmalıdır. Hər bir şəxs düşdüyü mühitdə nəyi görürsə, zaman keçdikcə özü də müəyyən peşəyə yiyələndikdə cəmiyyətə onu qaytarır. Çalışdığım müəllimlik peşəsində hər zaman tələbələrimə müəllimlərimin sözlərini, onların bizə öyrətdiyi ibrətamiz fikirləri sitat kimi gətirirəm. 
Bir məqamı da etiraf etmək istərdim ki,tanıdığım BDU məzunları həmişə yüksək savadı, intellektual səviyyəsi, davranışı ilə cəmiyyətdə digərlərindən fərqləniblər. 

Gənclik illərimin ən gozəl günləri səninlə olub. Mən həmişə fəxr edirəm ki, Bakı  Dövlət Universitetinin məzunuyam! Azərbaycanın ən nüfuzlu elm və təhsil ocağı, doğma universitetim, 100 yaşın mübarək!


Ülviyyə  Mehralıyeva,
Bakı Dövlət Universitetinin məzunu 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR