1562 07-06-2019

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

Elmi və cihaz avadanlıqlar təchizatı üzrə Yaponiyanın tanınmış “Tokyo Boeki RUS LLC” şirkətinin Baş direktorunun müavini Dmitriy Yurkovets və həmin qurumun satış üzrə meneceri Vitaliy Tinkov Bakı Dövlət Universitetində olub, Fizika Problemləri İnstitutu, Nanotexnologiyalar mərkəzi və Fizika fakültəsinin birgə seminarında iştirak ediblər.


BDU-nun rektoru Elçin Babayev seminarın əhəmiyyətindən danışıb və “Tokyo Boeki RUS LLC” şirkətinin yeni “Minimal FAB” yapon texnologiyasının elmi tədqiqatlarda, həmçinin tələbələrin və elmi işçilərin mikroelektronika sahəsində biliklərinin artırılmasında mühüm rol oynayacağını qeyd edib.


Adıçəkilən şirkətin Baş direktor müavini Dmitriy Yurkovets “Minimal FAB- yarımkeçirici sənayenin yaradılmasında yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, “Minimal FAB” daha az xərclə inteqral mikrosxemlərin, çiplərin, drayverlərin, müxtəlif altlıqlar üzərində optelektron cihazların yaradılması istiqamətində unikal bir sistemdir.

D.Yurkovets sistemin üstünlüyü kimi onun çox sadə idarə olunması və çevikliyini göstərib, istənilən miqdarda tələb olunan məhsulu almağa imkan verdiyini xüsusi qeyd edib.
Seminar iştirakçıları maraqlandıran çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-nun Filologiya fakültəsinin tələbələri şeir müsabiqəsinin qalibi olub