977 12-06-2019

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) "A.S.Puşkin muzeyləri dünya xəritəsində" adlı "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, “Rossotrudnichestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Rus İcması və Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil olunan layihədə  azərbaycanlı şagird və tələbələr iştirak ediblər. Onlar mart-may aylarında böyük rus şairi Aleksandr Puşkinin yaradıcılığına aid şeir, esse müsabiqələrində,  tamaşa səhnəciklərinin hazırlanmasında və s. iştirak ediblər.


Tədbirdə BDU-nun prorektoru, professor İradə Əliyeva, Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin, Rusiya Federasiyasının Səfirliyinin müşaviri İqor Eronin, “Rossotrudnichestvo” nümayəndəliyinin rəhbər müavini Aleksandr Kalamin, protoirey Dionisi Sveçnikov və BDU nəzdində fəaliyyət göstərən “Rus Dünyası” Fondunun Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova tərəfindən "Puşkiniana-2019"un qaliblərinə, o cümlədən BDU-nun Filologiya fakültəsinin tələbəsi Rafaella Həsənovaya diplom və hədiyyələr təqdim edilib.

Daha sonra A.Məmmədova tədbirin münsiflər heyətinə sədrlik etdiyinə görə fəxri diplomla təltif edilib.
Tədbir konsert proqramı ilə davam edib.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-nun Filologiya fakültəsinin tələbələri şeir müsabiqəsinin qalibi olub