192 02-02-2018

"Məni tənqid edəndə tez ruhdan düşürəm"

 Ayxan Mamayev  I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə  Prezident İlham Əliyevin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Şöhrət ordeninə layiq görülüb. Ayxan Mamayev 1991-ci ildə Bakı şəhərində sadə bir ailədə anadan olub. İdmana maraq onda kiçik yaşlarından baş qaldırıb. Daha çox karateyə meyil göstərib. Buna görə də 7 yaşından karate ilə məşğul olmağa başlayıb Bununla belə, o, təhsili də unutmayıb. Bakıdakı 271 saylı orta məktəbi bitirdikdən sonra ən çox sevdiyi riyaziyyat fənni üzrə təhsilini davam etdirməyə qərar verib. Arzusuna çatmaq üçün Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisasına qəbul olunub. 

Ayxan, idmançı olmaq qərarını necə verdin?

Ailədə iki qardaşıq, qardaşım idmanla məşğul olurdu. Ailəmiz kasıb olduğu üçün hər ikimizin idman dərslərinə getməyimizə imkan yox idi. Tez-tez atamla qardaşımın məşqlərinə baxmağa gedərdik. Mən kənarda bəzi idman hərəkətləri edərdim. Müəllim məndəki potensialı görüb atama dedi ki, Ayxan da məşqlərə gəlsin, inanıram ki yaxşı idmançı olacaq. Beləliklə, idman dərslərinə mən başladım.

Artıq 18 ildir ki, bu sahədəsən. İlk yarışı xatırlayırısanmı?

Ilk dəfə klublararsı yarışda iştirak edib 3-cü yeri əldə etmişdim. O vaxt çəki dərəcəsi olmadığı üçün yer qazanmaq çox çətin idi. Əsasən yaşa önəm verirdilər.

Tələbə adını qazanmazdan öncə professional idmançı idin. Bakı Dövlət Universitetinin tələbəsi olmaq istəyinə səbəb oldu?

Ümumiyyətlə, orta məktəb illərində əlaçı olmuşam. Digər tərəfdən, xaricdə keçirilən yarışlardan medallarım olduğu üçün İdman İnstitutuna imtahansız daxil ola bilərdim. Amma fikirləşdim ki, artıq idman sahəsindəyəm, müəllim kimi işləyə bilərəm. Ona görə də, digər universitetdə təhsil almaq istədim imtahanlarda iştirak etdim. Ailə vəziyyətimizlə əlaqədar hazırlıqlara da gedə bilmirdim. Müstəqil hazırlaşdım Bakı Dövlət Universitetinin tələbəsi oldum.

İmtahanlar idman... Hər ikisinə eyni dərəcədə vaxt ayırmaq çətin olardı. Bunu necə tənzimləyirdin?

Doğrudur, çətinliklər olurdu. Xüsusilə xarici ölkələrə yarışlara gedəndə imtahanlara yaxşı hazırlaşa bilmirdim. Amma rektor, akademik Abel Məhərrəmov digər idmançı tələbələr kimi mənə güzəştlər etməyə tapşırıq vermişdi. Bu baxımdan, müəllimlərimə minnətdaram.

Belə bir fikir var ki, idmançılar uğur əldə etdikdən sonra sanki bir arxayınlıq yaranır. Amma sən Bakı Avropa oyunlarında qalib gəldikdən sonra bu dəfə hədəfə düz vurdun....

Anam həmişə deyir ki, ağac qədər bar verərsə, başını aşağı əyər. Düşünmürəm ki, nə vaxtsa mən belə hisslərə qapılaram. İnşallah bu qələbə axarıncı olar.

Yəqin ki, uduzduğun yarışlar da olub. Məğlubiyyətdən sonra özünü necə hiss etmisən?

Təbii ki məğlubiyyətlərim olub. İdmançı qalib gələ bilər, uduza da bilər. Əsas odur ki, uduzanda doğru nəticələr çıxarasan . Məğlub olanda bir qədər məyus olsam da, düşünürəm ki, həyat davam edir. Qalib gəlmədiyin yarışları yaddan çıxarıb, daha inadla davam etmək lazımdır. Ətrafa qalanda, əlbəttə, həmişə qalib olmaq lazımdır. Çünki məğlub olanda çox az insan başa düşür.

Həyatının elə bir dönəmi olub ki, idman həyatına son qoymağı düşünmüsən...

Bəli, çox olub. Çünki əvvəllər qalib gələ bilmirdim. Sonralar respublika çempionu oldum, xarici ölkələrdə keçirilən yarışlara qatıldım. O yarışlarda məğlub olandan sonra da bezirdim, bu sahəni atmaq istəyirdim. Amma anam hər zaman mənə dəstək olurdu. Deyirdi ki, Ayxan sən bacaracaqsan, sən axıra kimi getməlisən. Şəxsi müəllimim Şahin Xudaverdiyevin də mənə çox köməkliyi olub. O, dərslərin ödənişini edə bilməyəndə, və ya xarici ölkələrə gedəndə maddi yardıma ehtiyacım olanda mənə dəstək olurdu. Anam da həmişə deyirdi ki, o müəllimin haqqını qaytarmasan haqqımı sənə halal eləmərəm.

Gün ərzində idmana neçə saat ayırırsan?

Adi vaxtlarda həftədə üç dəfə 1-1,5 saatlıq məşqlərimiz olur. Amma yarışlara bir ay qalmış hər gün bir dəfə, bir həftə qalmış isə gün ərzində iki dəfə məşqlərdə olurduq.

 

Hər bir insanın zəif cəhətləri olur. Sən özünü necə xarakterizə edərdin?

Məni tənqid edəndə tez ruhdan düşürəm. Sadəyəm, ürəyi təmizəm, heç kəsə pislik etmirəm. Mənə bir addım atıb, köməklik edənə mən on addım ataram. Amma kimsə mənə qarşı pislik edərsə, onu həyatım boyu bağışlamaram. Çünki çox kinliyəm.

Bəzən insan həyatının müəyyən dönəmlərində haqsızlıqlarla qarşılaşır. Yəqin ki, səndə də belə hallar olur, həmin an necə reaksiya verirsən?

Haqsızlıqlar çox olur, ancaq onlarla barışsan, deməli, zəif insansan. Mübarizə aparmaq lazımdır. Mənsə çox mübarizəm.

İdmana yeni başlayanlara nə məsləhət verərdin?

Səbrli olsunlar və məqsədlərinə nail olmağa çalışsınlar. İdmançıların valideynlərinə də hər zaman övladlarına dəstək olmaqlarını məsləhət görərdim. Heç vaxt ruhdan düşməsinlər, çəkilən zəhmət hədər getmir.

Növbəti hədəfin nədir?

Olimpiya oyunlarında qalib gəlmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

 

“Bakı Universiteti”

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları