108 21-06-2019

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib


Bakı Dövlət Universitetində 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanlara ictimai baxış keçirilib.

BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri ilə çay süfrəsi arxasında müzakirələr aparan rektor Elçin Babayev imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığını, xoşagəlməz halların minimuma endirildiyini, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib. Universitetin inkişaf strategiyasından və yeniliklərdən söz açan rektor Elçin Babayev, eyni zamanda, UNESCO-nun Parisdəki Baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı məlumat verib, bir əsrlik tarixi özündə əks etdirən foto sərginin və videofilmin tədbir iştirakçılarının böyük marağına səbəb olduğunu bildirib.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar qısa müddət ərzində görülən işlərdən razılıq ifadə ediblər. Sonra imtahan prosesini auditoriyalarda və monitorinq otağından izləyib, sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən Qərargahın və onun nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyalarının fəaliyyəti ilə tanış olublar. İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və imtahan prosesinə baxış keçirən digər iştirakçılar görülən işləri və universitetin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsini yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir ediblər.

Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “XXI əsr” təhsil mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı daxildir.

Qeyd edək ki, imtahan prosesində, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs Media Qrupu”un rəhbəri Bəhruz Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camal, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, Report İnformasiya Agentiliyinin baş redaktoru Murad Əliyev, Məktəbguşəsi.az saytının baş redaktoru Məzahir Məmmədli, müstəqil jurnalist Seymur Verdizadə, o cümlədən təhsil eksperti Kamran Əsədov və  “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova da iştirak ediblər.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-nun Filologiya fakültəsinin tələbələri şeir müsabiqəsinin qalibi olub