5710 24-06-2019

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi keçirilib. Magistrantlara uğurlar arzulayan müdafiə şurasının sədri, tanınmış jurnalist, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Bürosunun üzvü Aslan Aslanov onların uğurlu işlər ərsəyə gətirdiyini xüsusi vurğulayıb. Müdafiə şurasının sədri “Çox istərdim ki, jurnalistika fakültəsinin yuxarı kurs tələbələri universitet auditoriyalarında qazandıqları nəzəri bilikləri ölkənin aparıcı KİV-lərində əməli təcrübə ilə daha da möhkəmləndirsinlər. Gələcəyin jurnalistləri daha çox dil bilməli, arxivlərdə işləməyi bacarmalı, müasir informasiya texnologiyalarından daha mükəmməl istifadə vərdişlərinə yiyələnməlidirlər. Bunlara isə mətbu qurumlarda intensiv təcrübə yolu ilə yiyələnmək mümkündür”, - deyə bildirib.

İdarə Heyətinin sədri AZƏRTAC ilə BDU-nun jurnalistika fakültəsi arasında müqavilə bağlanmasını təklif edib. Belə ki, fakültənin 10-15 bakalavr və magistrantı Agentlikdə uzunmüddətli istehsalat təcrübəsi keçər, redaksiyaların iş prinsipi ilə tanış olar, xəbər istehsalı prosesində iştirak edər və biz özünü doğruldan məzunları işə götürə bilərik. A.Aslanov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra 7 magistrant “XX əsrin əvvəllərində Azərbaycanda çıxan bir mətbu orqanın transliterasiyası”, “Kaspi” - müasir mətbuatın müstəqil qəzet modeli kimi”, “Bədii publisistika sənədlilik və müəllif təxəyyülü kontekstində”, “Azərbaycan satirik jurnalistikasında xalq yaradıcılığından istifadənin forma və metodları”, “Müasir mətbuatda vətənpərvərlik mövzuları”, “Dövlətçiliyin və milli maraqların qorunmasında medianın rolu”, “Azərbaycan publisistikasında müstəqillik ideyaları (“Odlar Yurdu” və “Yeni fikir” qəzetlərinin materialları əsasında. 1988-1991)” mövzularında dissertasiya işlərini müdafiə edib. Onlar dissertasiya işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu magistrantların dissertasiya işlərinin müdafiəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib.

 

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-nun Filologiya fakültəsinin tələbələri şeir müsabiqəsinin qalibi olub