3228 24-06-2019

Hər şey səndən başlayır...

Nədənsə insanlar məsləhət verməyi, kiməsə yol göstərməyi çox sevirlər. Bu, heç də hər zaman özündən razılıq, lovğalıq əlaməti kimi qəbul edilməməlidir. Belələrinin vəziyyəti daha acınacaqlıdır. Belə ki, bəziləri hər şeyi bildiyini və yalnız onların düşüncələrinin düz olduğunu düşünürlər. Belə bir fikir var: “O kəslər bədbəxtdirlər ki, heç nəyi bilmirlər, amma elə zənn edirlər ki, hər şeyi bilirlər”. Məncə, bu sözlər həmin insanları çox gözəl ifadə edir.

Digər tərəfdən ətrafımızda problemlər, çatışmazlıqlar kifayət qədər var. Bu problemləri həll etmək isə zaman alır. Amma həmişə narazı olan insanlar yenə də başlayırlar öz işlərinə - qınamağa, təhqir etməyə… Bəli, düz eşitdiniz! Tənqid yox, təhqir.

Bəziləri bu tip insanları qəbul edərək "İt hürər, karvan keçər" prinsipi ilə yola verirlər. Bəziləri isə belə aqressiv, daim narazı insanların varlığından sıxılırlar, narahatlıq keçirirlər.

Mən isə, deyəsən, birincilərə aidəm. Belə hallarda soyuq davranmağı, çox  "dərinə getməməyi" üstün tuturam. Çünki  istəsəm də, istəməsəm də onun xarakteri belədir, onu dəyişə bilmərəm. Mən yalnız özümü dəyişmək gücünə sahibəm.

Təəssüflər olsun ki, biz insanlar özümüzü nadirən sorğu-suala tuturuq. Əsas problemlər də elə bundan qaynaqlanır.

Halbuki çatışmayan cəhədlərimizi kənardan görsək, həmin halları aradan qaldırarıq. Çünki insanlar hər zaman özü üçün ən yaxşısını arzulayır, bunun üçün çalışır.

Sadəcə düşünmək lazımdır. Məsələn, elə insanlar var ki, hər gecə yuxuya getməzdən öncə özünə hesabat verir ki, bu gün hansı yaxşı və pis əməllər etdim. Bəziləri isə yatağına yatıb, bir az göyə baxıb, yuxuya gedirlər. Əslində, içimizdəki “MƏN”dən çəkinib, pis əməllərimizi tərgitsək, dünya xeyli dəyişər.

Bilirəm, bir çoxları düşünür ki, “yalnız mənim dəyişməyimlə nə düzələr ki?”. Məncə, ən çətin görünən vəziyyət belə dəyişə bilər. Axı hər şey sizdən başlayır. Səndən, məndən, hər birimizdən... Siz də cəmiyyətin bir hissəsisiniz və atdığınız hər yaxşı addım xoş, səhv addım pis nəticəyə gətirib çıxarır. Odur ki, kimlərisə qınamaq əvəzinə, hamı öz məsuliyyətini dərk etsə, çox şey düzələr...

 

Nicat Dilqəmli

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR