3127 24-06-2019

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?


 

İsti yay günlərində bəziləri parklara, əyləncə məkanlarına, hovuzlara, bəziləri isə Dənizkanarı Bulvara üz tuturlar.
 

Bulvar boyunca gəzənlər bilir ki, yol boyunca qarşımıza dondurma, müxtəlif oyuncaqlar və şirniyyat satanlar, velosiped sürənlər, video çəkənlər və bir də çoxlarının bəyənmədiyi, "düşüklük" hesab etdiyi küçə musiqisiylə məşğul olan, əsasən, gitarada musiqi ifa edən gənclər çıxır. Bu məqalədə məhz bu mövzuya toxunmaq istəyirəm.
 

Biz bulvara nə üçün gedirik? Əlbəttə, dincəlmək, əylənmək, təmiz hava qəbul etmək üçün və bəziləri də pul qazanmaq məqsədilə üz tutur.
 

Sözügedən gənclər də müxtəlif mahnılar ifa edərək bir növ həm özlərinin, həm də ətrafdakı insanların könlünü açmaq istəyirlər.
 

Lakin həmkarlarımdan birinin günün axşam saatlarında həmin gənclərin bir yerə yığılıb mahnı oxumasını özünəməxsus şəkildə şərh etməsi məni bir qədər narahat etdi. Şərhi olduğu kimi çatdırıram: "İbtidai icma quruluşu: ilk insan nümunələri".
 

Əgər sıradan biri belə status yazsaydı, bəlkə də, münasibət bildirməzdim. Çünki hər kəsin öz fikri var. Amma  jurnalistin bu cür yanaşması məyus edicidir...
 

Mövzu ilə əlaqədar kiçik araşdırma etdim və əldə etdiyim nəticə də tam düşündüyüm kimi oldu. Belə ki, çox tez-tez eşitdiyimiz "küçə sənəti" müxtəlif sahələrə bölünmək şərti ilə mövcuddur. Dünyanın müxtəlif yerlərində bu işlə həvəskar ifaçılarla yanaşı, professional musiqiçilər də bu və digər səbəbdən məşğul olurlar.
 

Ola bilər ki, həmkarım öz yazısında videodakı kobud, yuxarı diapazonlu səslər çıxararaq mahnı oxuyan şəxsləri nəzərdə tutub, amma mən araşdırmamın nəticəsini nəzərə çatdırım. Belə ki, tarixə nəzər salanda məlum olur ki, küçə sənəti ilə məşğul olan bəzi şəxslər sonradan dünyaca məşhur sənətkarlar olublar. Həmin siyahıda Zemfira Talqatovna, İvan Alekseyev, İzabel Jeffrua, Benjamin  Stenford  kimi yaradıcılıqları ilə nümunə olan insanlar var.
 

Ümid edirəm ki, küçə sənətinə tənqidi yanaşanların fikirlərinə az da olsa təsir edə bildim...

Digər yazılar

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR