65 24-06-2019

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

 

Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. BDU-nun rektoru Elçin Babayevin imzaladığı əmrə uyğun olaraq imtahan sessiyası iyunun 3-də başlayıb, iyulun 2-də başa çatacaq. 21 iyun 2019-cu il tarixinədək ayrı-ayrı fənlər üzrə 60 000-dək tələbə və magistrant imtahanlarda iştirak edib. Bakalavriatura səviyyəsində SABAH qrupları da daxil olmaqla 2405 qrupda imtahanlar keçirilib. İmtahanların şəffaf və obyektiv keçirilməsinə daimi nəzarət edilir, nizam-intizam qaydalarını ciddi şəkildə pozan tələbələr haqqında müvafiq tədbirlər həyata keçirilir.

Universitetin Qazax filialında da imtahan sessiyası davam edir. İyun ayının 3-dən start götürən imtahan sessiyasında 17 ixtisas üzrə bütövlükdə 1014 tələbə iştirak edir. İmtahan başa çatan gün nəticələr tələbələrə elan olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilir.

BDU-da Yekun Dövlət Attestasiyası da davam edir. İndiyədək 5 000-dən artıq tələbə və magistrant yekun dövlət imtahanlarında və ya buraxılış işinin müdafiəsində iştirak edib. Bundan əlavə, 300-ə yaxın passiv tələbəyə akademik borclarının ləğvi məqsədi ilə yenidən imtahanlarda və ya Yekun Dövlət Attestasiyasında iştirak üçün şərait yaradılıb. Fiziki imkanları məhdud olan 20-yə yaxın tələbəyə imtahan zamanı xüsusui şərait yaradılıb, onlar imtahanları sifahi-dialoq formasında verirlər.

Rektorun müvafiq əmri ilə imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etmək və bu barədə tədbir görülməsi məqsədilə yaradılmış Qərargaha imtahan yazı işlərinin təkrar yoxlanılması, nəticədən narazılıq, qrup şəklində müraciət edənlərin ümumi sayı bu günədək 300-ə yaxın olub. Qərargahda 50-ə yaxın imtahan yazı işlərinə aid müsbət qərarlar qəbul edilib. Qərargaha müraciət edənlər keçən illə müqayisədə azalıb ki, bu da imtahan prosesinin düzgün təşkili nəticəsində mümkün olub.

Bununla yanaşı, məzunların ixtisaslar üzrə işlə təmin olunması istiqamətində də işlər aparılır. Belə ki, müvafiq strukurlarla görüşlər təşkil olunur, şirkət rəhbərləri universitetə dəvət olunaraq vakansiyalar haqqında məlumat verirlər.

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib