43 25-06-2019

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib


Bu gün Bakı Dövlət Universitetində Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mərhum professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib. 
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçiləri Fuad Ələsgərov və Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Ombudsman Elmira Süleymanova, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Vergilər naziri Mikayıl Cabbarov, Mədəniyyət naziri Əbülfəz Qarayev, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, millət vəkilləri, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.


Mərasimdə BDU-nun rektoru Elçin Babayev çıxış edərək Şirməmməd Hüseynovun yüzlərlə jurnalistin ustadı, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından biri olduğunu deyib.O, bildirib ki, Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Rektor çıxışının sonunda Şirməmməd müəllimin özündən sonra heç zaman unudulmayan bir tarixi iz qoyduğunu diqqətə çatdırıb. 


BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili  Bəxtiyar Sadıqov, BDU-nun Ağsaqqalları adından akademik Vasif Babazadə professor Şirməmməd Hüseynov haqqında xatirələrini bölüşüb, ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Sonda mərhumun qızı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva bu səhnədə dayanmağın onun üçün ağır olduğunu ifadə edib. O, atasının çox şərəfli və ləyaqətli ömür yaşadığını vurğulayıb. Bildirib ki, bu ömür yolunda qoyduğu miras onun təmiz adı, ləyaqəti idi. Atam həmişə BDU-nu özünün birinci evi hesab edirdi. O, 60 ildən çox bura gəlib-gedib. Onun düşüncəsində BDU Azərbaycanın bir modeli idi. Cümhuriyyətin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi. F. Əliyeva qeyd edib ki, professor Ş. Hüseynov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını görüb. Sonda Fərəh Əliyeva Şirməmməd Hüseynovun vida mərasiminə gələn hər kəsə təşəkkür edib. 
Qeyd edək ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında dünyasını dəyişib.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib