4820 02-07-2019

Fuad İbrahimli: Bu işin təməli məşqdir


Azərbaycan musiqisinin dünyada özünəxas yeri var.  Ölkəmizi musiqi sahəsində layiqincə tanıtmaqda gənclərimizin rolu isə danılmazdır. Budəfəki müsahibimiz də belə gənclərdən biri, yalnız həmyerlilərinin deyil, xarici auditoriyanın diqqətini də ifa etdiyi musiqiyə məharətlə yönəltməyi bacaran Fuad İbrahimlidir.

- Fuad İbrahimli kimdir?

1993-cü il aprelin 11-də Bakıda anadan olmuşam. 1999- 2006-cı illərdə musiqi məktəbində təhsil almışam. Hazırda vətəndən kənarda- Polşada yaşayıram. Burada işləyir və əlavə vaxtlarımda piano dərsləri keçirəm.

- Azərbaycanın mədəni irsini əks etdirən ifalarınıza Polşada da maraq göstərənlər varmı?

Əlbəttə, "Bizim Cəbiş müəllim " filminin musiqisini bəyənib, dəfələrlə adını soruşublar. "Təhminə və Zaur " filminin musiqisi də çox bəyənilib. Ümumiyyətlə, gözəl musiqinin dili yoxdur.

- Musiqiyə həvəs sizdə nə zaman yaranıb?

Əvvəllər musiqiyə həvəsim olmayıb, anam məni zorla musiqi məktəbinə yazdırıb, zaman keçdikcə, duyğular yerinə oturduqca həvəs yarandı.

- Niyə məhz piano?

Bütün musiqi alətləri gözəldir, hamısı insanın duyğularını, ruhunu oxşayır, amma pianonun məndə ayrı bir yeri var, yəni sadəcə seçim məsələsidir.

- Başqa alətlərdə də ifa edə bilirsiniz?

Bəli, pianodan əlavə gitara, qarmon, nağarada da ifa edə bilirəm.

- Məşhur filmlərimizdən xatırladığımız ifalara daha çox üstünlük verməyinizin səbəbi nədir? 

Azərbaycanın musiqi cəhətdən çox zəngin olduğunu düşünürəm, xüsusilə əvvəlki filmlərin musiqiləri... Klassik və retro musiqilərdən həzz alıram.

- Deyirlər ki, pianoda ifa etmək üçün notları da ruhunuzla hiss etməlisiniz. Siz bu barədə nə düşünürsünüz?

Bəli, bu, bütün musiqi alətlərinə aiddir. Bəzən notlara ehtiyac olmur, sadəcə hiss etməyiniz kifayətdir. Duyğusuz ifa olunan əsər "çəkic ilə mismar"ı xatırladır.

- Ən sevdiyiniz pianoçu kimdir? 

Vladimir Horowitz, Pollini, Zimerman, Valentina Lisitsa və s. Sözsüz ki, aralarından birini seçməli olsaydım, Pollini deyərdim.

- Ən çox kimin musiqilərini ifa etməkdən həzz alırsınız?

Daha çox Frederik Şopenin əsərlərini, sanki hər əsərində qəribə rəngarənglik, yaşanmışlıq var.

-İfalarınızla insanların qəlbini kifayət qədər fəth etməyi bacarmısınız. Sizcə, uğurunuzun səbəbi nədir?

Məni ilk "cover " çəkib paylaşdığım gündən izləyən insanlar var və hər zaman da xoş mesajlar yazırlar. Onlara təşəkkür edirəm, insanı qürurlandırırlar, uğurumun səbəbi də onların sevgisidir. Dediyiniz kimi qəlblərini fəth edə bilmişəmsə, nə xoş mənə.

- Musiqiləri dinləyərək pianoda ifa edirsiniz, bu fitri istedaddır, yoxsa musiqini hiss etmək?  

Düşünürəm ki, bunu musiqi ilə məşğul olan, musiqi duyumu olan hər kəs bacarır. İstedad tərəfi ilə razıyam, amma "fitri" deməzdim.

- Son olaraq, pianoya maraqlı olanlara nə məsləhət görərdiniz? 

Məşq, məşq, məşq... Bu işin təməli məşqdir, səbrlə məşq etməyi tövsiyə edirəm.

 

Nəzrin BEYDİYEVA

Fidan ƏSƏD

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”