183 02-07-2019

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır


Türkiyə təmsilçisi – “Beşiktaş” klubunun Bakıda futbol məktəbi fəaliyyət göstərir. Klubun başçısı, "Qəbələ", "Neftçala", "Azal", "Beşiktaş", "Kasımpaşa", "Bursa", "Ərzurum", "Çanakkale" klublarında forma geyinmiş türkiyəli futbolçu Abdul Kadir Özlə məktəbin nəzdində fəaliyyət göstərən dərnək, gördüyü işlər və seçimləri ilə bağlı müsahibəni təqdim edir: 

- “Beşiktaş”ın rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən dərnək barədə nə düşünürsüz?

Azərbaycanda Türkiyə klublarının tək dərnəyi bizik. Beşiktaş tərəfindən təsis edilmiş, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş rəsmi dərnəyik. "Beşiktaşlılar dərnəyi" adı altında dünyanın bir çox ölkəsində fəaliyyət göstəririk. Bizim məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevginin artmasına kömək etmək, burada yaşayan azərkeşlər ilə klubumuz arasında körpü yaratmaqdır.

- Dərnəyin nə kimi fəaliyyətləri var?

Hər bir dərnək kimi sosial fəaliyyətlər göstəririk. Bu vaxta qədər gördüyümüz fəaliyyətlərimizdən biri "Beşiktaş"ın başçısı Fikrət Ormanın gəlməyi idi. 1850 nəfərin iştirak etdiyi tədbir təşkil etdik. Bu tədbir klubun adını daşıyan Türkiyədən kənardakı ən böyük tədbir oldu. Buraya gələn azərkeşlərimizə, iştirakçılara kulubumuz tərəfindən göndərilən papaqlar, formalar, bayraqlar verdik.

Çox gözəl tədbir oldu, "Beşiktaş TV"-də daxil olmaqla, 106 televiziya kanalında göstərildi. Başçımız da səfərindən çox məmnun oldu, xüsusilə, burada gördüyü "Beşiktaş" sevgisindən. Hətta klubunun Azərbaycan komandalarından biri ilə dostluq oyunu oynamasını da təklif etdi.

Bundan başqa turnirlər də təşkil edirik. Sosial fəaliyyətlər həyata keçirir- qocalar evini, əngəlli uşaqları ziyarət edirik. Buradakı azərkeşlərimizin də istəyi olur. Məsələn, Türkiyədəki  oyunları izləmək istəyirlər. Biz də dərnək olaraq, azərkeşlərə bilet məsələsində kömək edirik. Qeyd etdiyim kimi, azərbaycanlı futbolsevərlərlə kulubumuz arasında körpü olmağa çalışırıq.

- Nə üçün "Beşiktaş"ı seçdiniz?

Beşiktaşı seçmədim! Beşiktaşlı olaraq doğuldum. Ailəmdə hər kəs beşiktaşlıdır.

Bir gün atamın işlədiyi yerdə futbol oynayırdım. Bir nəfər məni çağırdı. O da bizim əvvəlki "Beşiktaş"ımızın əfsanə futbolçularından rəhmətlik Nüsrət Ülün idi. Məni orda gördü, yanına çağırdı. "Sağ ayağınla top çilə" , "Sol ayağınla top çilə" dedikdən sonra, "Sənin atan kimdir?"- dedi. Ardınca atamı çağırdı, danışdılar. Dedi ki: "Mən "Beşiktaş" klubunun uşaq futbolunun müəllimiyəm. Oğlunuzun bacarığı var. Həftə sonu gəlsin məşqlərə". Mənim 8 yaşım olardı, klubun ən az yaşlı komandası isə 10-12 yaş idi. Amma bəyənib götürdülər. Sonra 11 il bu komandanın formasını geyinmək nəsib oldu. Türkiyənin gənc milli komandalarında da oynadım. Bütün bunlar Beşiktaşa olan sevgimi qat-qat artırdı. Yəni "Beşiktaş" artıq mənim üçün bir seçim deyil, yaşam tərzi idi.

- Sizcə, klubun tarixində ən yadda qalan hadisə nə olub?

Nailiyyətlərlə dolu olan "Beşiktaş"ın tarixində eşitdiyimiz, şahidi olduğumuz o qədər maraqlı hadisə var ki... Keçən il Çempionlar Liqasında yaxşı futbol oynamağımıza baxmayaraq, qrupdan çıxmaq son zamanlarda baş verən unudulmaz hadisələrdəndir.

- "Beşiktaş"da ən çox bəyəndiyiniz futbolçu kimdir?

"Beşiktaş"ın hər zaman böyük əfsanələri olub. Onlardan bəziləri ilə eyni komandada oynamaq şansım olub. Şəxsən tanıdığım, indi də görüşüb danışdığım çox futbolçu var. Amma özümə nümunə aldığım əfsanə mənim üçün Sərgən Yalçındır.

- Komandanın tərkibində hansı oyunçuları görmək istəyirsiniz?

"Beşiktaş"a dünya ulduzlarının gəlməsini istəyirəm. İmkansız kimi görünsə də, ən başda C.Ronaldonu deyə bilərəm, çünki onun pərəstişkarıyam. Əsl görmək istədiyim isə klubun 21 yaş qrupudur. Son illərdə bu yaş qrupu çox müvəffəqiyyətlidir. Ümumiyyətlə, 17,19 və 21 yaş qrupları davamlı olaraq, Türkiyə millisinə futbolçular verirlər. Və mənim gələn sezon ən çox görmək istədiyim bu qruplardan ən azı 4-5 futbolçunun "Beşiktaş"ın A komandasında forma geyinməsidir.

- Klubdan gözləntiləriniz nələrdir?

Biz klubun hər il Türkiyə liqasında bir dəfə çempion olmağını gözləyirik. "Beşiktaş"ın başqa məqsədi ola bilməz. "Bu il ikinci olaq, üçüncü olaq, Avropa liqasına gedək" kimi fikirlər heç bir beşiktaşlı üçün kifayət deyil. Əvvəlki sezon Şənol Günəş kluba çox yaxşı xidmət etdi. Ümid edirəm ki, yeni transfer edəcəyimiz məşqçimiz Abdullah Avcı ilə də yaxşı nəticə əldə edəcəyik.

 

Cavid İmaməliyev

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”