1167 12-09-2019

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının hüquq, fizika, riyaziyyat, şərqşünaslıq, biologiya fakültələrini bitirən vyetnamlı məzunlarla görüş keçirilib.

Rektor Elçin Babayev Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin hələ Sovet İttifaqı dövründə qurulduğunu, əməkdaşlığın uğurla davam etdirildiyini bildirib. E.Babayev iki ölkə arasında əlaqələrin inkişafında və daha da möhkəmlənməsində Azərbaycan ali təhsil ocaqlarının, xüsusilə, Bakı Dövlət Universitetinin vyetnamlı məzunlarının böyük rol oynadığını vurğulayıb.

BDU-nun vyetnamlı məzunlarının hazırda Vyetnam Milli Assambleyasında, o cümlədən müxtəlif dövlət qurumlarında, təhsil ocaqlarında, elm və araşdırma mərkəzlərində, habelə özəl sektorda çalışdıqlarını xatırladan rektor Azərbaycanın Vyetnamla bütün sahələr üzrə əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edərək, təhsil sahəsində tarixən mövcud olan uğurlu əlaqələrin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor vyetnamlı məzunları yubileyə və həmin günlərdə keçiriləcək məzunlar forumuna dəvət edib.

BDU-nun Fizika fakültəsinin 1979-cu il məzunu, nümayəndə heyətinin rəhbəri  Nguyen Hoai Chau doğma universitetdə olmalarından məmnunluğunu ifadə edərək, artıq 30 ildir ki, hər il BDU-nun təsis edildiyi 1 sentyabr tarixində Azərbaycan ali təhsil ocaqlarının digər vyetnamlı məzunları ilə birlikdə bu əlamətdar günü qeyd etdiklərini bildirib.

Ötən əsrin 70-80-ci illərdə Vyetnamdan böyük bir ziyalı təbəqəsinin məhz respublikamızda təhsil almasını yüksək qiymətləndirən vyetnamlı məzunların müəllimləri bu dostluğun əsasında hələ SSRİ vaxtında Vyetnama səfər edən ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edib, məzunların öz doğma universitetlərini hər zaman xatırladıqlarını, müntəzəm olaraq ziyarət etdiklərini bildiriblər.

Məzunlar təhsil aldıqları fakültələrdə, dərs keçdikləri auditoriyalarda, laboratoriyalarda olub, universitetin inkişafından məmnun olduqlarını bildiriblər.

Digər yazılar

BDU rektorunun birinci kurslarla görüşləri başlayıb

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub