1121 12-09-2019

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Clarivate Analytics” (keçmiş Thomson Reuters) şirkətinin təhsil proqramları üzrə direktoru Valentin Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə görüşüb.

Görüşdə alim və tədqiqatçıları maarifləndirmək məqsədilə BDU-da “Clarivate Analytics” şirkəti tərəfindən qarşıdan gələn aylarda növbəti seminar-treninqlərin təşkili, nəzəri və praktik formatda keçiriləcək təlimlərdə “Web Of Science” informasiya bazasının imkanlarından istifadə metodları və indekslənən beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər haqqında müzakirələr aparılıb.

Rektor Elçin Babayev treninqlərdə “Web Of Science” platformasında axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək  istinadlı məqalələrin axtarılıb tapılması kimi məsələlərin tədqiqatçılar üçün faydalı olacağını bildirib.

“Clarivate Analytics” şirkətinin nümayəndələri Valentin Boqorov və Aygün Babazadə “Web Of Science” platformasına daxil olan jurnallarda çap olunacaq məqalələrin təqdimetmə qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılması baxımından seminarların əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, universitetdə nəşr olunan elmi jurnalların fəaliyyətinin optimallaşdırıması və təyinatı üzrə kateqoriyalara bölünməsi, idarəetmə və təhliletmə aləti olan “İnCites” sistemindən istifadə imkanları, gələcəkdə magistratura səviyyəsində elmmetrika üzrə xüsusi ixtisaslaşmanın tədrisi, universitetdə elektron modulların tədris kurslarının tətbiqi istiqamətində də müzakirələr aparılıb.

Xatırladaq ki, ötən il “Web Of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri tərəfindən 341 məqalə dərc etdirilib və  bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə (self-citation) istinadı çıxmaq şərti ilə 247 dəfə) istinad olunub.

Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web Of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Digər yazılar

BDU rektorunun birinci kurslarla görüşləri başlayıb

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub