183 02-02-2018

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

 

Azərbaycan xalqının sevinci yerə-göyə sığmır. Çünki 8 ildir ki, yolunu gözlədiyi qəhrəmanı - Ramil Səfərov Vətənə qaytarıldı. Macarıstanda NATO-nun tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən erməni zabiti Q.Markaryanı qətlə yetirdiyi üçün Budapeşt Paytaxt Məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilmiş zabitimiz Prezident İlham Əliyevin sərəncamı ilə azadlığına qovuşdu.  Əslində bu böyük qovuşma elə də sadə alınmadı... Bu gün üçün illərlə mübarizə aparıldı. Onu sevənlərin, damarında türk qanı axan hər bir insanın etdiyi dualar, çəkdiyi iztirablar hədər getmədi. Prezidentimizin uzun müddət apardığı mübarizə, gərgin zəhmət hesabına zabitimiz bizə, doğmalarına qaytarıldı.

Dünənə qədər sapı özümüzdən olan baltalar nələr danışmırdılar. Kimisi ona olan laqeyd münasibətdən, kimisi onun artıq unudulmasından, kimisi də bu dövlətin bir zabitinə belə sahib çıxa bilməməsindən gileylənirdi, hətta “Ramil Səfərov ölüb, ancaq gizlədirlər” deyənlər də vardı.

Amma zaman onları sudurdu... Ona görə atalar düz deyib ki, “böyük loxma ye, amma böyük danışma”. O artıq qayıdıb, daha doğrusu, qaytarılıb, dövlət başçımız onu layiq olduğu azadlığına qovuşdurub.

“Ramil Səfərov Azərbaycandadır” xəbəri yayılanda çoxları inanmadı. Xəbərin doğruluğu təsdiq olunanda isə hamımız Allaha şükür etdik, bu hissləri bizə yaşadanlara dualar etdik, üstəlik, bu xəbərin sevincini yaşadığımız vaxt zabitimizin azadlığa buraxılması ilə bağlı imzalanan sərəncam sevinc hisslərimizi min qat artırdı. Hamı bir-birinə gözaydınlığı verdi. Onu görmək istəyənlər evinə axın etdi. Qurbanlar kəsildi. Bu gün doğum günü olanlar bu qayıdışı özünə ən böyük hədiyyə kimi qəbul etdi. Hamı bir hiss keçirdi: SEVİNC. Hamının ağlından bir düşüncə keçdi: Azərbaycan artıq qələbəyə, haqqına qovuşmaqdadır!

Bu qayıdışdan sarsılanlar da, şoka düşənlər də oldu. Bəli, ermənilər yamanca üzüldü. Hiylələrinin, böhtanlarının, haqsızlıqlarının sonadək baş tutmamasına üzüldülər. Bir zamanlar məcburi köçkün kimi olmazın çətinliklər çəkən, ermənilərin acımasızlığı nəticəsində əzizlərini itirən, uşaq ikən ermənilər tərəfindən törədilən cinayətlərin şahidi olan Ramil Səfərovun Azərbaycan bayrağını və xalqını təhqir edən bir erməninin əməllərindən sarsıntı keçirərək onu öldürməsini hələ də həzm edə bilmirlər. Onun layiq olduğu azadlığa qovuşması ilə barışa bilmir, hər zamankı xislətlərindən əl çəkməyərək şüvən salırlar. Çox güman ki, mənfurlar artıq torpaqlarımızın qaytarılacağı günün yaxınlaşmasını duyur və bundan çox böyük təlaş keçirirlər. Dünyaya hədə-qorxu gəlmək, küsmək, hay-küy salmaq kimi yollarla bu dəfə də nəyəsə nail olmağa çalışırlar...

Amma çifayda. Azərbaycan dövləti və xalqı artıq nəyə qadir olduğunu hamıya sübut etməyə başlayıb. Elə bu gün yaşadıqlarımız və yaşatdıqlarımız da bunun bariz nümunəsidir. Azərbaycan bununla erməni lobbisinin, ümumilikdə erməni siyasətinin nə qədər zəif olduğunu bir daha sübut etdi. Azərbaycan bununla “yalan ayaq tutar, amma yeriməz” məsəlini bir daha təsdiqlədi. Bu qayıdışla Azərbaycan nəinki bədnam ermənilərə, bütün dünyaya sübut etdi ki, DÜNYANIN HARASINDA OLMASINDAN ASILI OLMAYARAQ, VƏTƏNDAŞININ HÜQUQ VƏ MƏNAFEYİNİ TƏMİN  ETMƏYƏ QADİRDİR. Bu gün zabitimizi qaytardıq, sabahsa torpaqlarımızı mütləq qaytaracağıq!

Anzulə Əmirova

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş