214 02-02-2018

Müasir həyat tərzi

                                             

      Müasirlik dedikdə hal-hazırda var olduğumuz dünya və ona uyğunlaşmağımız üçün lazım olan şərtlər başa düşülür. Müasir sözü əslində hər hansı bir yerin inkişafının və ya şəxsin təkmilləşməsinin, ucalmasının bir göstəricisidir. Lakin çox təəssüf ki, çağdaş zamanımızda müasirlik adı altında bir sıra йерсиз davranışların şahidi oluruq. İnsanların bir qismi buna daha çox azadlıq adı versələr də, бунун bir adı var və bu da sərbəstlikdir. Əfsuslar olsun ki, azadlıqsərbəstlik arasındakı incə cizginin fərqinə  varılmaması bir çox problemlər yaradır.

Qarşılıqlı hörmətdən savayı, insanların bir-birinə inamı və duyğuları da dəyişib. Bu ишдя sosial şəbəkələriн тясири бюйцкдцр. Фikrimcə, sosial şəbəkələr insanları hissizləşdirib, duyğudan məhrum edib. Artıq nitq işləmir, beyində olan fikirlər söylənilmədən mesaj qutusuna yazılır, göndərilir. Belə hal isə insanı, həqiqi mənada, kütləşdirir. Özəl həyatdan qətiyyən söz aça bilmərik. Sosial şəbəkələr bunun varlığına imkan vermir. Əlbəttə, дейилянляр bütün sosial şəbəkə istifadəçilərinə aid deyil. Həmin şəbəkələr bəzi məqamları dostlarla paylaşıb, onların rəyini bilməkçün əvəzsiz vasitədir. Belə vasitələr sanki tanışlara ailə albomunu göstərməklə öz həyat fəaliyyətlərini, uğurlarını paylaşmağı xatırladır. Amma bəziləri özlərini gülünc vəziyyətə salırlar. Hər beş dəqiqədən bir, şəkil paylaşıb həmin an nə etdikləri barədə məlumat verirlər. Əslində isə, özlərinə böyük zərər verirlər. Həyatlarını yaşamağa, şəkil paylaşmaqdan vaxt tapa bilmədiklərini düşünürəm. Adətən əvvəlcə uğur qazanılır, daha sonra isə bu nümayiş etdirilir. Ancaq belələri fəaliyyətini  sosial şəbəkələrdə yaymaq naminə qazanmağa can atırlar. Belə tip şəxslər, sadəcə olaraq, eqoizmlərində daha bir pillə yüksəyə qalxdıqlarını düşünürlər. Əvvəllər kitab oxuyanlar özlərinə olan güvənlərini artırıb, biliklərinə inanaraq, hərəkət edirdilərsə, hazırda onlar sosial şəbəkələrdə paylaşdıqları şəkillərə gələn bəyənmələrin (like), izləyicilərin (follow) say hesabına görə yersiz fəxr edirlər. Sırf bəyənmə sayına görə hansısa bir binada yanğın və ya avtobus qəzaları kimi hallarda çəkilmiş fotoları paylaşmaq, bəyənmə az gəldikdə isə  şərh bölümünə “görürsünüz, niyə like etmirsiniz?” kimi cümlələrin yazılması sosial şəbəkələrin insanları duyğusuzlaşdırdığına sübut deyilmi?

Birdəfəlik anlaşılmalıdır ki, bu bəyənmələr və şərhlər hamısı boş bir şeydir. Göz-qulaqaldadıcı virtual aləmdir.

 Virtual aləmdə edilən mübahisələr reallıqda həllini tapmayacaq. Əgər bir düymə ilə söndürülə biləcək texnologiyadan danışırıqsa, bu şərh və bəyənmələr nə dərəcədə əhəmiyyətlidir? Bəzilərinin də şərhləri dava-dalaşlı olur və ekran arxasında istədiyi sözləri yazır. Real aləmdə onlarla qarşılaşsan, bəlkə də iki cümləni bir araya gətirə bilməzlər. Fateh Çingiz xanın “At belində dünyanı fəth etməyə nə var ki?! Enib dünyanı idarə etmək çətindir” misalı  burada lap yerinə düşür.

Belə vasitələrə alışqanlıq yarandığından ondan üz döndərmək mümkün deyil. Təbii ki, sosial şəbəkələr təkcə neqativ tərəflərdən ibarət deyil. Hər şərdə bir xeyir olduğu kimi burada da belədir. Nə qədər də olsa, sosial şəbəkələr uzaq yerlərdə yaşayan insanlaрын bir-biri иля цнсиййяти, görmə, danışma şəraiti, iş və dərs üçün material göndərmə, lap yeni maraqlı məlumat, xəbərlərdən faydalanma imkanı yaradır. Sadəcə olaraq, bu şəbəkələri həyatın mərkəzi etmək lazım deyil.

Hər nə qədər fikirlərim Şərq və Qərb mədəniyyətinin vəhdətini təşkil etsə də, Şərqin dəyərlərini həmişə üstün tutmağı seçərdim. Şərq dəyərlərində hörmət və alicənablıq vardır. Əgər illərlə buna riayət edilibsə və бунун sayəсинdə insanlar bir- birinin gözündə ucalıbsa, deməli, doğru olan  budur. Təbii ki, ideal və yüz faizlik heç yoxdur! Amma  məncə ,  ideala yaxın bəzi məsələlər var …

Xalidə Əlizadə

 

Şərqşünaslıq fakültəsinin

Regionşünaslıq (Yaponiya üzrə)

                                                                                           ll  kurs tələbəsi

 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları